Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-145/2024 16.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qubanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Mil qəsəbə ƏD, Mil qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində xidmət aparan YPX əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksi ərazisində manevr qaydalarını pozan Şəxs idarə etdiyi **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışlar, saxlayan zaman sürücünün sürücülük hüququndan məhrum olması aşkar edilmiş və avtomobilin cərimə meydançasına aparılmalı olduğu bildirilmişdir. Sürücü avtomobilin cərimə meydançasına aparılmasın maneçilik yaratmış, polis əməkdaşlarına ictimai yerdə nalayiq ifadələr işlətmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında özünü qismən təqsirli bildiyini, bir müddət əvvəl polis əməkdaşı ilə aralarında olan mübahisənin videosunu paylaşdığından, ona polis bölməsindən zəng gəldiyini, videonu silməli olduğu bildirilmişdir. Sonra onu Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksinə çağırmışlar, oda getmişdir. Oradan çıxandan sonra onu polis əməkdaşları saxlamışdır. Sürücülük vəsiqəsinin olduğu soruşulmuş, o da olmadığını bildirmişdir. Polis əməkdaşları ona qarşı aqressiv davrandığından, o da əsəbiləşərək maşının pultunu yerə çırpmışdır. Polis əməkdaşlarını təhqir etməmiş nalayiq sözlər işlətməmişdir.Əməlindən peşimandır, Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin etdiyi əməlindən peşman olduğunu bildirərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin DYP şöbəsinin inspektoru polis baş serjantı X6 izahatında göstərdi ki, xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 15:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksi ərazisində Şəxs tərəfindən manevr qaydalarını pozduğundan saxlanılmışdır. Sürücülük vəsiqəsini tələb etmişlər. Lakin sürücülük vəsiqəsini təqdim etməmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Əlində olan avtomobilin pultunu sındıraraq avtomobilin cərimə meydançasına aparılmasına maneçilik yaratmış, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin DYP şöbəsinin inspektoru polis baş serjantı X7 izahatında göstərdi ki, xidmətdə olarkən Şəxs tərəfindən manevr qaydaları pozulduğundan saxlanılmışdır. Sürücülük vəsiqəsi olmadığından avtomobilin cərimə meydançasına aparılacağı bildirilmiş, lakin o, polisin qanuni tələblərinə tabe olmamışdır. Avtomobilin pultunu sındıraraq avtomobilin cərimə meydançasına aparılmasına imkan verməmiş, onların ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il, saat 15:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidlərin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 15:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-145/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-145/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver