Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-145/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs onunla birgə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır və aralarında mütəmadi olaraq mübahisələr baş verməkdədir. xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətinə Zərərçəkmiş şəxs girərək onlara məxsus hörgü daşlarını daşıdığını görmüş, bu zaman ona müdaxilə etmək üçün həyətə çıxmış və onun hərəkətlərini telefon vasitəsi ilə görüntüyə almışdır. Çəkiliş aparan zaman Zərərçəkmiş şəxs daşları yerinə qaytarmasını desə də, onun sözünə məhəl qoymamış və daşları daşımağa davam etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşmaq istəyərkən, sonuncu özünü qəsdən yerə yıxmış, bununla da kifayətlənməyərək evində işləyən fəhləyə onun görüntülərini telefon vasitəsi ilə qeydiyyata almasını istəmişdir. Hadisənin baş verdiyi gün Zərərçəkmiş şəxs ilə aralarında hər hansı dava dalaş olmamasını və onu döymədiyini bildirərək barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, 1976-cı ildən Xırdalan şəhərində yaşayır. Şəxs isə 2016-cı ildən tanıyır. Aralarında torpaq mübahisəsinə görə mütəmadi olaraq mübahisə baş verir. O, xx.xx.2024-cü il tarixdə özünə məxsus həyətdə olan hörgü daşlarını təmizləyən zaman Şəxs onu döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Bu səbəbdən sonuncu barəsində tədbir görülməsini xahiş edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəxs onunla birgə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu isə özü özlüyündə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibini yaradır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 08 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə onunla birgə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək inzibati xəta hadisəsini törətmişdir. 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə verilməsi qərara alınmışdır. 20 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 1145 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində yaranmış xəsarətlər sağ budun yuxarı 1/3-nin tış səthinin 2(iki) ədəd, sağ milbilək oynağının arxa səthinin 1(bir) ədəd qançırları, sağ saidin aşağı 1/3-nin iç səthinin 1(bir) ədəd sıyrığı küt əşya təsirindən törənən xəsarətlər yetirmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olmadığı üçün dərəcəsi təyin edilmir Belə ki, aparılan məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs birgə qonşuluqda yaşadığı Zərərçəkmiş şəxs döyərək ona sağ budun yuxarı 1/3-nin tış səthinin 2(iki) ədəd, sağ mil-bilək oynağının arxa səthinin 1(bir) ədəd qançırları, sağ saidin aşağı 1/3-nin iç səthinin 1(bir) ədəd sıyrığı küt əşya təsirindən törənən xəsarətlər yetirmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olmadığı üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtdiyi inzibati xəta hadisəsində özünü təqsirli bilməsə də, onun əməli inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 1145 saylı rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Lakin əməlin tərədilməsindən dörd ay müddət keçdiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə verilməsi qərara alınmışdır. 20 oktyabr 2024-cü il tarixdə iş üzrə icraat dayandırılmışdır, beləliklə inzibati xəta 01 iyun 2024-cü il tarixdə törədildiyi üçün, iş üzrə icraat 20 oktyabr 2024-cü il tarixdə dayandırılmışdır,buradan da görünür ki, inzibati xətanın törədilməsindən 4 ay keçmişdir, cinayət işinin başlanması rədd edilmişdir 01 iyul 2024-cü il tarixdə iş üzrə icraat dayandırılmışdır 20 oktyabr 2024-cü il tarixdə, buradan da məlum olur ki, cinayət işinin başlanmasının rədd edilməsindən də 3 aylıq müddət keçmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunsa da, inzibati xətanın aşkar edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 04 aydan artıq müddət keçib iş üzrə icraat dayandırıldığından,cinayət işinin rədd edilməsi qərarı qəbul edildikdən sonra 3 aydan artıq vaxt keçdikdən sonra inzibati xəta haqqında iş üzrə icraat dayandırıldığı üçün məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs barəsində inzibati tənbeh verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-145/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-145/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver