Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1450/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X6 Bakı şəhəri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəisi H. Ədhəmovun MN ******* saylı, 24 sentyabr 2021-ci il tarixli qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X11 Bakı şəhəri,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəisi H. Ədhəmovun MN ******* saylı, 24 sentyabr 2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Onun şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin M N seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarına əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsas gətirilərək 1200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur, bu səbəbdəndə həmin qərar ləğv olunmalıdır. Belə ki, X8 Xidməti tərəfindən edilmiş şikayətlərlə bağlı heç bir araşdırma aparılmamış, şikayətçilərə əmək haqqlarının ödənilib-ödənilməməsi müəyyən edilməmişdir. Həmçinin bu hallara aydınlıq gətirilməsi üçün onun idarəyə çağırılmağı təmin olunmamışdır. Qərarın əsaslandırıcı hissəsində ümumi qeyd aparılaraq qanun pozuntusuna yol verildiyi qeyd edilmiş, lakin hansı qanun pozuntusunun olduğu, bu qanun pozuntusuna əsas verən hallar qərarda öz təsdiqini tapmamışdır. Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, həmin qərar əsasında ona tətbiq olunmuş 1200 manat məbləğində cərimənin silinməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəhbərliyinə lazımi qaydada məlumat verilsə və məhkəmə prosesi məhz bu səbəbdən təxirə salınsada, məhkəməyə nümayəndəsi gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarı qəbul edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar, sorğu nəticəsində əldə edilən sənədlər əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan qərardan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəisinin tərtib olunmuş 24.09.2021-ci il tarixli, MN- 0646803 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 1200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmənin sorğusu əsasında alınmış MN seriyalı, ******* nömrəli, 24.09.2021-ci il tarixli “İnzibati xəta haqqında” qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaşlar X5 və X2 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Bunun əsasında «Qaraçay” şirkətinin direktoru X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1200 (bir min iki yüz) manat cərimə edilmişdir. İşin müəyyən edilmiş hallarından da görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəisi 24.09.2021-ci il tarixli, MN-0646803 saylı inzibati tənbeh vermə haqqında qərar ilə X11 barəsində X3 və X2 əmək haqqı və son haqq hesabının odənilməməsi ilə əlaqədar 1200 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. X3 və X4 Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinə şikayət etmiş, araşdırma zaman əmək haqqı kartlarına dair bank çıxarışından və şikayətçilərin izahatlarından məlum olmuşdur ki, müəssisə tərəfindən müxtəlif aylar üzrə onlara əmək haqqı ödənilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiən Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi alt sisteminə baxış keçirilərkən X5 və X4 "Qara Çay' şirkəti arasında bağlanmış əmək müqavıləsınə 10.08 2021 -ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsi müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmışdır. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, şikayətçi X6 qanunvericiliklə müəyyən edilmiş 3 (üç) aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad olunmasına dair tələbidə əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X11 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X11 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN-0646803 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN- 0646803 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1450/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1450/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver