Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1450/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X5 Polisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 19-cu kilometrində idarə etdiyi OPEL ZAFİRA minik markalı 99BK932 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib idarəetməni itirərək avtomobil yolun sağ kənarına aşmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan burun sümüyünün az yerdəyişən sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun, hər iki çiyin qurşağı nahiyəsinin, sağ bazunun və sol dirsək oynağı nahiyəsinin sıyrıqları xəsarətlərini yetirərək sağlamlığa yüngül zərər vurmaya aid yolnəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 16 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 19-cu kilometrində idarət etdiyi avtomobillə Quba rayonu istiqamətində hərəkət edərkən qarşında hərəkətdə olan avtomobilə yaxınlaşmış, toqquşmamaq üçün sərt tormuz etmişdir. Bununla da avtomobil idarə etmədən çıxıb aşmışdır. Hadisə nəticəsində xəsarət alaraq huşunu itirmişdir. Hadisə yerindən Sumqayıt şəhər TTYX-na aparılmışdır. Orada 5 gün komatoz vəziyyətdə qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1652 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun sümüyünün az yerdəyişən sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun hər iki çiyin qurşağı nahiyəsinin, sağ bazunun və sol dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası BDYPİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1450/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1450/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver