Məhkəmə qərarları › İş №3(012)-1451/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1451/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1451/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin aparıcı mütəxəssisi F. Yadigarov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə MN ******* nömrəli 22 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 28340.00 ABŞ dolları məbləğində olan vəsaiti 27 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və iki il müddət keçsədə 28340.00 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş protokol tamamilə əsassızdır. Şəxs 28340.00 ABŞ dolları məbləğində olan vəsaiti 27 avqust 2019-cu il tarixdə xaricə köçürmüş, ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçmədən 28340.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi Nikoyl banka (conradan YELO Bank ASC-yə) təqdim edilmiş, lakin Nikoyl bankın ləğv edilməsi yenidən YELO Bank ASC-nin yaradılması ilə əlaqədar banka təqdim edilən kömrük bəyannaməsi vaxtında qeyd edilməmişdir. Halbuku qabaqcadan ödənilmiş valyuta vəsaiti hesabına alınan mallar xaricdən ölkəyə göndərilmişdir. Ona görədə məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: YELO X5 Cəmiyyətinin 01 sentyabr 2021-ci il tarixli, 29/3397 nömrəli məktubundan görünür ki, bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalının təsdiq edən sənədlər banka təqdim olunmadığı üçün müştərilərin ödəniş əməliyyatlarına dair cədvəlində Şəxs də qeyd edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 27 .08. 2019-cu il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 270 gün ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutların təqdim edilmədiyi halda inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə X1 təqdim edir; İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri sübuta yetmir və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir.. Belə ki, Şəxs ilə “HAOYAN İMPORT EXPORT TRADİNQ CO,LİMİTED”in direktoru XUE ZHONGYİNQ şəxsində 01 iyul 2019-ci il tarixli, K001saylı müqaviləyə əsasən müqavilənin çeşidi metal, elektrik malları, kimya sənaye malları, plastik qranurlar və sairə çeşidlərdə mallar təşkil edir. Şəxs 16.08.2019-cu il tarixdə “HAOYAN İMPORT EXPORT TRADİNQ CO,LİMİTED”in hesabına 28 340,00 ABŞ dolları məbləqində malların alınması üçün köçürmə etmişdir. Məhkəməyə təqdim olunmuş 05.11.2019-cu il tarixli kömrük bəyanəməsindən görünür ki, 28 340,00 ABŞ dolları məbləqində mallar Qırmızı körpü vasitəsi ilə ölkəyə daxil olmuşdur. Qeyd olunan xüsusatları təsdiq edən sənədlər Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həminMəcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar