Məhkəmə qərarları › İş №3(012)-1451/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1451/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1451/2022 23.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən barəsində tərtib olunmuş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən barəsində tərtib olunmuş TP ******* saylı xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək bildirdi ki, AE 040005 nömrəli, 08 iyun 2028-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi və 22 iyun 2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə etmək üçün nəzərdə tutulmuş etibarnamə əsasında “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 30 iyun 2022-ci il tarixdə saat 17:38 radələrində Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri istiqamətində yerləşən köməkçi yolda hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Ford Transit” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətini sağ istiqamətdə dəyişdirərək onun idarə etdiyi “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurdu. Zərbənin təsirindən idarə etdiyi nəqliyyat vasitəsi fırlandı və maşının arxa tərəfi ilə sağda dayanmış “Nissan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurduqda onunla eyni zolaqda arxada hərəkətdə olan “VAZ” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla ara məsafəsi saxlamaması səbəbindən idarə etdiyi nəqliyyat vasitəsinə arxadan çırpıldı. Hadisə yerinə polis əməkdaşları dəvət olunmuş və hadisə yerinə baxış keçirilərək zəruri hərəkətlər aparılmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən İXP ******* saylı, 30 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru, polis serjantı X4 tərəfindən TP ******* saylı, 02 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 (qırx) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, Abşeron Rayon Polis İdarəsinin DYPŞ əməkdaşlarının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən TP ******* saylı, 02 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan həmin qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Tərtib olunmuş yolnəqliyyat hadisəsinin sxemi də təhrif olunmuş formada hazırlanmışdır. Həmin sxemlə qəti şəkildə razı deyil. Belə ki, onu arxadan vuran “VAZ” markalı , **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü onunla eyni zolaqla arxası ilə gələrək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 50-ci maddəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib onun idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinin DYPŞ tərəfindən İXP ******* saylı, 30 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru, polis serjantı X4 tərəfindən TP ******* saylı, 02 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərarla razı deyil və qanunsuz qəbul edilmiş qərardır. Belə ki, “VAZ” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı və 50-ci maddələrinin tələblərini pozması qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə və istifadəsində olan nəqliyyat vasitəsinə maddi ziyan yetirilməsinə səbəb olmuşdur. Qeyd olunanlar şikayətə əlavə edəcəyi “CD” formatlı diskdə öz əksini tapan yol-nəqliyyat hadisəsinin görüntülərinə nəzər saldıqda da açıq-aşkar görünür. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı ilə müəyyən olunur ki, istifadəsində olan nəqliyyat vasitəsinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 5987,60 (beş min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat miqdarında ziyan dəymişdir. Maşının qabaq hissəsinin təmir xərci ümumilikdə 2721,60 (iki min yeddi yüz iyirmi bir manat altmış qəpik) manat, arxa hissəsinin təmir xərci isə 3176,00 (üç min yüz yetmiş altı) manat təşkil edir. Bununla da aydın olur ki, tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar polis əməkdaşlarının qərəzli münasibətinin nəticəsidir. Polis əməkdaşları tərəfindən aparılmış inzibati araşdırma zamanı onun hüquqları kobud surətdə pozulmaqla barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, tərtib olunmuş yolnəqliyyat hadisəsinin sxemi ondan gizli və imzalanması üçün ona təqdim olunmadan tərtib olunmuşdur. Əgər qeyd olunan sxemlə tanış olsaydı sözsüz ki, bir sıra vəsatətlərlə müraciət edə bilərdi. Bununla yanaşı polis əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hüquqları və vəzifələri ona izah olunmamış, inzibati xətanın mahiyyəti və inzibati xətanın törədilməsi nəticəsində şəxsə maddi ziyan dəyməsinə dair qeydlər inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Polis əməkdaşının bu cür qanunun tələblərini kobud surətdə pozaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi hüquqa ziddir. İnzibati tənbeh vermə haqqında qərarın surəti 01 sentyabr 2022-ci il tarixdə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Abşeron rayon X9 Şöbəsinə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis serjantı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati material araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İstinad edilən qanun normasının məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Hesab edirəm ki, hazırkı iş üzrə baxılan materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar təqdim edilən videogörüntü əsasında mütəxəssis rəyi alınmaqla yenidən araşdırılmalı və onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə yekun qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İstinad edilən normaya əsasən qərar İXM-nin 48-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən əsaslı və qanuni hesab edilə bilməz, ona görə də X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1, 135.1.3 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İşə yenidən baxılması üçün material Azərbaycan Respublikası DİN Abşeron DYP YPX–yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar