Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1451/2023 31.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-dən daxil olmuş İXM-nin 334.1 maddəsi üzrə inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-in Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-si tərəfindən Şəxs barəsində İXM-nin 334.1 maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP0194206 saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Sumqayıt şəhərində baş vermiş, xx.xx.2023-cü il tarixli, AP0194206 saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-si tərəfindən tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-in Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-si tərəfindən Şəxs barəsində İXM-nin 334.1 maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP0194206 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Azərbaycan Respublikası DİN-in Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-si tərəfindən Şəxs barəsində İXM-nin 334.1 maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP0194206 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1451/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1451/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver