Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1453/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarların ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi onunla əsaslandırmışdır ki, 11 aprel 2023-cü il tarixdə ASAN PAY Xidmətindən mobil nömrəsin “X5. Sizin EQ 13915425 protokol xx.xx.2023 tarixindən etibarən icra qüvvəyə minib.” məzmunda məlumat daxil olmuşdur. Həmin protokolla bağlı BDYPİ-dən onun mobil nömrəsinə və ünvanına hər hansı məlumat və sənəd daxil olmamışdır. 17 aprel 2023-cü ildə BDYPİ-nin email ünvanı vasitəsilə inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ünvanlamışdır. 19 aprel 2023-cü ildə isə eyni şikayət həmin quruma poçtla göndərilmişdir. 10 may 2023-cü il tarixdə email ünvanına BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyevin imzası ilə ilə göndərilən 10 may 2023-cü il tarixli, 3-13-16-2-Ə-52xx/xx/2023 N-li məktubla ona bildirilmişdir ki, onun bu quruma ünvanladığı 10 may 2023-cü il tarixli şikayətinin araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Bu qanunsuz cavabın göndərildiyi məktubda onu da nəzərə çatdırılmışdır ki, “Elektron ünvan poçt ünvanına göndərilən müraciətlərə baxılmır”. Bu günə qədər həmin cavabın kağız forması da ona göndərilməmişdir. O 11 aprel 2023-cü ildə nəqliyyatın hərəkəti ilə ilə bağlı hər hansı qaydaları, o sıradan dayanma-durma qaydalarını pozmamış, avtomobilində yaranan nasazlıqla bağlı onu Şamil Əzizbəyov küçəsində Rus Kilsəsi deyilən binanın yerləşdiyi ərazidə dayanmanın qadağan olunduğunu bildirən sarı xəttin bitdiyi yerdən kənarda bir neçə dəqiqəliyə saxlamışdır. Avtomobilin yaxınlığında ustaya zəng edib, məsləhət almışdır. Bütün bunlar bir neçə dəqiqə çəkmişdir. Bir daha vurğulayır ki, avtomobili dayanma-durmanı qadağan edən sarı xətt bitdikdən sonrakı hissədə saxlamışdır. 2023-cü ilin aprel-sentyabr aylarında Asan Pay Xidmətindən ümumilikdə 6 bildiriş almışdır. Həmin məlumatlarda göstərilən protokolların nə ilə bağlı olduğunu bilmir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, BDYPİ-dən ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı rəsmi sənəd və məlumat təqdim edilməmişdir. BDYPİ-nin hərəkətlərinin və aktlarının qanunsuzluğu ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırdıqdan sonra 07 avqust 2023-cü ildə BDYPİ-nin davamlı qanunsuz hərəkətləri nəticəsində ona vurulan maddi və mənəvi ziyanın əvəzi kimi 1000 AZN kompensasiya ödənilməsi tələbi həmin quruma rəsmi müraciət etmiş və təklifinə münasibət bildirmələrini xahiş etmişdir. Lakin cavabdeh qurum bu müraciətimə də cavab verməmişdir. 27 iyul 2022-ci ildə avtomobilimin texniki baxışdan keçirilməsi məqsədilə BDYPİ-nin Sumqayıtda yerləşən 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X6 müraciət etmiş, lakin Şöbənin əməkdaşları ona bildirmişdir ki, BDYPİ-nin uyğun informasiya sistemində ödənilməmiş cərimə qərarı barədə məlumat olduğu üçün avtomobili texniki baxışdan keçirmək mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, 13915425 nömrəli inzibati xəta haqqında qərar tam qanunsuzdur, əsassızdır və hüquqa ziddir. Buna görə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarlar ləğv edilməli və başlanmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 124-cü maddəsinə əsasən həmin Məcəllənin 346.1-ci maddəsinin tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsinin yanında olmadığı və səlahiyətli şəxs tərəfindən bilavasitə bort kompuyer və ya planşet kimi texniki vasitələrlə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta hadisəsini aşkar etdiyi hallarda yaranır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarlar inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Belə ki, şikayətçi tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar edilməmiş, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla həmin inzibati xətanı yerində aşkar etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Məhkəmə, elə buna görə də, həmin qərarlardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı lazım bilmir. Çünki, müddət institutu əsas etibarilə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının hüquq və qanuni mənafelərinin qorunmasına yönəldiyindən o, hüquq normalarının pozulması ilə qəbul edilmiş və qanunsuz olması müəyyən edilmiş qərarın ləğv edilməsinə mane olan hal kimi şərh edilə bilməz. Bunun əksi, qanunsuz olduğu təsbit edilən qərarın qüvvədə qalmasına səbəb ola və icraatın ədalətliliyinə xələl gətirə bilər. İşin hallarından göründüyü kimi, hazır ki, halda inzibati xəta hadisəsi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən deyil, TŞ kameraları vasitəsi ilə foto çəkiliş aparılmaqla aşkar edilmişdir. Belə olan halda şikayətçinin əməlində ona istinad edilən inzibati xəta üzrə icraat inzibati xətalara dair qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbirinin tətbiq edilməsi yolverilməzdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqe də buna uyğundur. Belə ki, Məhkəmə öz qərarlarında dəfələrlə göstərmişdir ki, prosessual qaydaları tətbiq edərkən məhkəmələr icraatın ədalətliliyini pozacaq həddən artıq formallıqdan çəkinməlidirlər (Valçli Fransaya qarşı, 2007, § 29; Evaggelou Yunanıstana qarşı, 2011, § 23). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarlar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13915425 və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16801097 nömrəli qərarlar ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1453/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1453/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver