Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1454/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materialdan görünür ki, o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Arif küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evindən 01 ədədi 20 manat olmaqla, 02 ədəd ətçəkən maşını, 01 ədədi 10 manat dəyərində duşu və 01 ədəd 13 manat dəyərində su krantını, 01 ədədi 05 manat olmaqla, 02 ədəd rozetka, 01 ədədi 05 manat olmaqla, 03 ədəd elektrik birləşdiricisini oğurlamaqla, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmuşdur. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evindən 40 manat dəyərində elektrik naqilini və 01 ədəd 60 manat dəyərində samovarı oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 100 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21010” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomaşından 80 manat dəyərində akkumulyator oğurlamaqla Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətindən sonuncuya məxsus su qızdırıcısını və su nasosunu oğurlamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı “Reno Meqan” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sağ yan şüşəsini sındıraraq salonda olan 110 manat dəyərində dəri gödəkçəni oğurlamaqla Zərərçəkmiş şəxs5 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən bağ evinə daxil olaraq saxlanc yeri hesab edilən mənzildə olan 100 (yüz) manat dəyərində ot biçən aparatını oğurlamaqla X3 maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X4 ifadəsində göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxsəməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsizahat verərək pula ehtiyacı olması səbəbindən qeyd olunan inzibati xətanı törətdiyini, etdiyi əməldən peşman olduğunu və bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxstərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1454/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1454/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver