Məhkəmə qərarları › İş №3(012)-1454/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1454/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1454/2025 22.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kərimli Nahid Nəsimi oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan İsmayılovun, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi-direktoru Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs, vəkil-nümayəndəsi “Union” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Naxçıvan Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Respublikasının Şərur rayonunda qeydiyyatda olan, Abşeron rayonu Məmmədli kəndi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 16 (104)-45/2025 nömrəli qərardadına əsasən "xxxx" MMC-dən 57 adda məhsul və avadanlıqların ünvan 1i ərazisində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq üçüncü şəxs "xxxx" MMC-in məsul saxlancına verilməsi qərara alınmışdır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru verdiyi izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli 16(104)-45/2025 saylı qərardadı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Həmin qərardada əsasən 57 adda məhsul və avadanlıqların ünvan 1i ərazisində yerləşən qeyriyaşayış sahəsindən çıxarılaraq üçüncü şəxsin məsul saxlanca verilməsi qərara alınmışdır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2025-ci il tarixində tərəflərindən mütəxəssisin iştirakı ilə qeyd olunan əraziyə baxış keçirilmiş və qərardadda qeyd olunan 57 avadanlıqların cəmi 16-sı həmin ərazidə aşkar edilərək bu barədə akt tərtib edilmiş və bu akt bütün tərəflərin iştirakı ilə imzalanmışdır.39 ədədi yerində aşkar olunmadı, 16 ədədi yerində uyğunsuszluq oldu,02 ədədini isə müəyyən etmək mümkün olmadı. İş üzrə ekspertiza təyin edilmiş, rəy alınmışdır. İcra sənədini Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Tələbkar müxtəlif orqanlara şikayət edərək icra vərəqəsinin icra edilməsini təkidlə tələb etsə də, borclu icra etməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs barəsində tədbirin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili-nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Gəncə Kommersiya Məhkəməsinin 16(104)-45/2025 saylı qərardadda qeyd olunan 57 ədəd avadanlıqdan yalnız 16-sı faktiki olaraq yerində olmuş və tərəflərindən bu avadanlıqların götürülməsinə tam razılıq verilmiş, heç bir etiraz və ya maneçilik törədilməmişdir.Gəncə Kommersiya Məhkəməsinin 16(104)-45/2025 saylı qərardadı yalnız iki hüquqi şəxs-"xxxx" MMC və "xxxx" MMC arasında olan mülki-hüquqi xarakterli kommersiya mübahisəsinə aiddir. Qərardadla yalnız "xxxx" MMC barəsində müvəqqəti təminat tədbiri tətbiq olunmuş və qərardadda həmin hüquqi şəxs birbaşa məsul tərəf kimi tanınmışdır. Həmin qərardadda Şəxs adı fiziki şəxs kimi ümumiyyətlə haliandırılmamış, hüquqi tərəf kimi tanınmamış və onun hər hansı bir öhdəliyi göstərilməmişdir. Bu baxımdan, qərardadda Şəxs barəsində inzibati xəta haqqında icraatın başlanılmasının hüquqi əsası yoxdur. Qanunvericiliyə əsasən, inzibati məsuliyyətə cəlb ediləcək şəxs, konkret olaraq inzibati xəta əməlinin subyekti olmalıdır. Hal-hazırda isə barəsində inzibati icraat başlanmış Şəxs inzibati xəta əməlinə birbaşa şəxsi aidiyyəti və təqsiri sübuta yetirilməmişdir. Yalnız hüquqi şəxsin direktoru və ya qanuni təmsilçisi olmaq faktı, özüözlüyündə fiziki şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün nə hüquqi, nə də faktiki baxımdan kifayət etmir. Bu, bir hüquqi şəxsin adından hərəkət edən şəxsin avtomatik olaraq məsuliyyət daşıması anlamına gəlmir. Belə bir yanaşma məsuliyyətin fərdiliyi prinsipi ilə ziddiyyət təşkil edir, bu da həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra Haqqında”Qanunun 43.1.2-ci maddəsində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Məhkəmədə işdə iştirak edən proses iştirakçıların işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərkən müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 16 (104)-45/2025 nömrəli qərardadına əsasən "xxxx" MMC-dən 57 adda məhsul və avadanlıqların ünvan 1i ərazisində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq üçüncü şəxs "xxxx" MMC-in məsul saxlancına verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixində Gəncə Kommersiya Məhkəməsinin 16(104)-45/2025 saylı qərardadının icrası ilə bağlı həyata keçirilmiş baxış zamanı icra məmuru tərəfindən tərtib olunmuş aktda açıq şəkildə göstərilmişdir ki, qərardadda qeyd olunan 57 ədəd avadanlıqdan yalnız 16-sı faktiki olaraq yerində olmuş, 39 ədədi yerində aşkar olunmadı, 16 ədədi yerində uyğunsuszluq oldu, 02 ədədini isə müəyyən etmək mümkün olmadı və cavabdeh tərəfindən bu avadanlıqların götürülməsinə tam razılıq verilmiş, heç bir etiraz və ya maneçilik törədilməmişdir. Bununla yanaşı, digər 2 ədəd avadanlığın isə hansı hüquqi subyektə məxsus olduğu və konkret olaraq qərardadda nəzərdə tutulan avadanlıqlardan olub-olmadığı barədə ciddi mübahisə yaranmışdır. Halbuki Müstəqil ekspertiza Mərkəzinin 29 may 2025-ci il tarixli rəyində əsasən müəyyən edilir ki, aparılmış tədqiqatlar nəticəsində, Gəncə Apellyasiya Məhkəməsinin 16(104)-45/2025 saylı, 05 may 2025-ci il tarixli icra sənədinin icrası çərçivəsində ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinə müvafiq baxış keçirilmişdir. Həmin baxış zamanı icra sənədində adları ayrıca göstərilən, "xxxx" MMC-yə məxsus olan müxtəlif növ məhsul və avadanlıqların faktiki vəziyyəti araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan məhsul və avadanlıqlardan yalnız 18 ədədi (1, 2, 6, 7, 8, 9, 13, 15, 17, 20, 23, 29, 32, 33, 34, 43, 44 və 57-ci bəndlərdə göstərilən avadanlıqlar) yerində mövcud olmuş, 38 ədədi (digər bənddəki avadanlıqlar) isə yerində aşkar olunmamışdır. Bundan əlavə, icra sənədinin 13-cü bəndində qeyd olunan “ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ” avadanlığı üzrə 4 ədədin olduğu göstərilsə də, baxış zamanı faktiki olaraq 3 ədədi aşkar edilmişdir. S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzinin mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının və tərəflərin iştirakı ilə əraziyə baxış keçirilməsi zamanı 2 avadanlığın müəyyən edilməməsi, sonda ərizə əsasında Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin istehsalat sahəsində həmin sözügedən avadanlıqların yəni 1 ədəd YGB nömrəsi **********0842 olan “SHMİD” marka VMC lOOOJ^del CNC dəzgahı və 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680 dəzgahların olub-olmaması ilə bağlı yerində baxış keçirilən zaman YGB GSK CNC marka VMC 1000 və YGB Drabilka SG-400F dəzgahlarıdır. Bu mübahisəli avadanlıqların qərardadda göstərilən avadanlıqlar olmadığı barədə əsaslı tələb irəli sürmüş və bunun obyektiv şəkildə aydınlaşdırılması üçün cavabdeh tərəfindən əlavə mütəxəssis cəlb olunmasını icra məmurundan yazılı şəkildə xahiş edilmiş, müstəqil ekspert dəvət edilmişdir. Müstəqil ekspert tərəfindən yerində baxış keçirilmiş, mövcud avadanlıqlar təhlil edilmiş və əldə olunmuş rəyə əsasən, hazırda "xxxx" MMC-də olan avadanlıqların Gəncə Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilən “SCHMİD” markalı VMC 1000 model CNC dəzgahı və “Drabilka RG5680” adlı dəzgahla eyni olmadığı müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyləri arasında zidiyyətlərin olmasına baxmayaraq, icra məmuru tərəfindən zidiyyətlərin aradan qaldırılması istiqamətində heç bir tədbir görülməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin tam icra edilməməsinə Şəxs hərəkəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar