Məhkəmə qərarları › İş №3(012)-146/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-146/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-146/2021 14.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X2, inzibati xəta törətmiş şəxs X3 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasında kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu,Yeni Masazır qəsəbəsi,S.Aşıq küçəsi, ev 16-da yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. X4 xx.xx.2021-ci il tarixdə, saat 21:15 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-də “Lalə” kafesində karantin rejimini pozmuşdur. Buna görə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X3 göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ƏÇPA-nın 12 PB polis nəfəri Teymur Həsənov, Nurlan Nuriyev tərəfindən tərtib edilmiş raporta əsasən Binəqədi şossesində yaşayan X4 xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lalə” kafedə olmaqla karantin rejimini pozmuşdur. Buna görə də X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə kafedə olduğu vaxt onu və orada olan şəxsləri polis əməkdaşları yaxınlaşaraq Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. O, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə X3 inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X4 barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan AZA 002119 saylı tutma protokolundan görünür ki, X4 xx.xx.2021 ci il, saat 00:15 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə, X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən X1 xüsusi karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə, inzibati cərimə növündə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. X4 dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar