Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1465/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X1, Abşeron rayon Pİ-nin DYPŞ-nin polis leytenantı X4 iştirakları ilə , İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətində qeyd etmişdir ki, ona məxsus “ GREAT WALL H3 minik” markalı ** BU *** nömrə nişanlı avtomaşını var. 04 sentyabr 2022-cı il tarixdə saat 05-50 radələrində həmin avtomaşını idarə edərək Bakı-Sumqayıt yolu ilə Sumqayıt şəhəri istiqamətinə hərəkət edirdi. Masazır kəndinin dairəsinə çatan zaman sürəti təxminən saatda 60 km. olardı. Qarşıdakı işıqforun yaşıl işığı yanırdı. Yaşıl işığın sönməsinə 6 saniyə qalmışdı. O, birinci işıqforda yaşıl işıqda yol ayrıcına daxil olmuş, 2-ci işıqforda yaşıl işıq qırpmağa başlayan zaman yol ayrıcına daxil olmuşdu. Bu zaman Masazır qəsəbəsi istiqamətindən Xırdalan şəhəri istiqamətinə hərəkət edən “ Mersedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkəti davam etdirib onun idarə etdiyi avtomobillə toqquşdu. Əgər həmin avtomobilin sürücüsü yol ayrıcında yaşıl işıqda daxil olsa belə yol ayrıcının ortasında olan nəqliyyat vasitələrinin yolu boşaltmasına şərait yaratmalı idi. Belə ki, Yol hərəkəti haqqında AR Qanununu 59-cu mədəsinin 3-cü bəndinin 2-ci hissəsində göstərilir yaşıl rəngli işığın yanıb-sönməsi-bu siqnal hərəkətə icazə verir. Həmin Məcəllənin 76-cı madəsininin 4-cü bəndində göstərilir. İşıqforun icazə siqnalı yanarkən yol ayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş işıqforun siqnalından aslı olamayaraq, nəzərdə tutulmuş istiqamətdə dayanmadan hərəkəti davam etdirməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Eyni zamanda, hadisə baş verən ərazinin hər tərəfində müşahidə kameraları quraşdırılmışdır. Nədənsə Abşeron rayon DYP-nin əməkdaşları baxılması mümkünsüz olan, hadisənin baş vermə anı ətraflı göstərilməyən video görüntünü çıxarmışlar. Hadisə yerinə gələn Abşeron rayon DYP əmkdaşları hadisəni çox səthi araşdırdılar. Onlar tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsinin sxemində” hər iki istiqamətdən yolun eni hadisədən sonra toqquşma nöqtəsinə kimi avtomobillərin qət etdiyi məsafə, tormoz izləri ölçülməmiş, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Hər iki sürücünün izahatı çox səthi, başdansovdu alınmışdır. Azərbaycan Respublikası İXM-nin 82-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələni həll etmək üçün səlahiyyətli orqanın qərardadı ilə ekspertiza təyin olunmalıdır. Hansı sürücü tərəfindən konkret olaraq Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun hansı maddəsinin tələbinin pozulmasını aydınlaşdırmaq üçün məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin olunaraq rəy alınmalı idi. Buna baxmayaraq Abşeron rayon Pİ-nin DYPŞ-nin polis leytenantı X4 onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında TP5239244 saylı elektron protokol tərtib edərək 60(altmış) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətini müdafiə edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmədə iştirak edən qərarından şikayət verilən Abşeron rayon Polis İdarəsi DYPŞnin polis leytenantı X4 videogörüntü olan diski təqdim etməklə şikayətin təmin edilməməsini xahiş etdi Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, araşdırma zamanı həm də hadisənin görüntüsünə baxış keçirilmiş, şikayət verən şəxsin izahatı alınmış və müəyyən edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə saat 05.50-də Great Wall K3 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masazır dairəsindən Bakı-Sumqayıt yolu istiqamətinə hərəkət edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun Maddə 59-cu maddəsinə əsasən İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. İİ. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. İİİ. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. İV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir. Vİ. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200´200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur. Vİİ. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılmış 5.53 nişanı bu yolayrıcında svetoforun siqnalından asılı olmayaraq bu Qanunun 76-cı maddəsinin İİ hissəsinin tələblərinə və həmin manevrin qaydalarına riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir. Vİİİ. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 idarə etdiyi Great Wall K3 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini, yəni işıqforun qadağanedici işarəsində hərəkətini davam etdirməklə Novxanı istiqamətindən gələn Mercedes markalı ** OT *** markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X2 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.2-ci maddələrilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2022-ci il tarixdə saat 05.50-də Great Wall K3 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masazır dairəsindən Bakı-Sumqayıt yolu istiqamətinə hərəkət edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə uyğunsuzluq müəyyən edilmiş, yəni işıqforun qadağanedici işarəsində keçmə qaydalarını pozmaqla Mercedes markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, ona görə də şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1465/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1465/2022
04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver