Məhkəmə qərarları › İş №3(012)-1466/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1466/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1466/2023 02.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 bildirdi ki, xx.xx.2023-ci il tarixdə, ünvan 4 ünvanında yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə yaşadığı Şəxs arasında ailə-məişət münasibətləri zəmnində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir.Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs ilə 6 ildir qeyri-rəsmi münasibətdə yaşayır, bu münasibətdən bir qız övladlarının dünyaya gəldiyini, əvvəllər münasibətlərinin normal olmasına baxmayaraq son vaxtlar ailə-məişət münasibətləri zəmnində mübahisələri yarandığı üçün münasibətləri pisləşmişdir. Bundan başqa Fəridə onun barəsində həqiqətə uyğun olmayan şər-böhtan xarakterli ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olan zaman Fəridə ilə arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncuya münasibətləri normallaşana qədər bir müddət ayrı yaşamağı təklif etmiş, lakin sonuncu onunla razılaşmamış və əsəbi halda DİN-nin 102 xidmətinə zəng edərək intihar edəcəyi barədə məlumat vermişdir. Bu səbəbdən o, da DİN-nin 102 xidmətinə zəng edərək Fəridənin evdən getmək istəməməsini, evdən çıxarılacağı təqdirdə isə sonuncunun azyaşlı övladına xəsarət yetirəcəyi barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadıqları evə gəlib ərizələrini aldıqdan sonra yaşadığı evdən çıxıb getmişdir. O, əlavə olaraq Zərərçəkmiş şəxs döymədiyini, onun barəsində qərəzli olaraq yalan məlumat verdiyini, həmçinin Fəridənin öz bədəninə müxtəlif xəsarətlər yetirərək onu şərlədiyini də qeyd etmişdir. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, barəsində şikayət etdiyi Şəxs ilə 6 il əvvəl tanış olmuş və qeyri-rəsmi münasibətdə yaşamışdır. Bu münasibətdən onların 5 yaşlı bir qız övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da, son vaxtlar münasibətləri pisləşdiyi üçün ayrılmaq qərarına gəlmişdir. Buna baxmayaraq o, Şəxs ilə eyni evdə yaşamağa davam etmişdir. Mütəmadi olaraq sonuncunun onu evdən çıxartmaq istəməsi səbəbindən mübahisələri yaranmışdır. Mübahisə zamanı o, azyaşlı övladı ilə həmin evdə yaşamaq hüququnun olmasını izah etməsinə baxmayaraq Anar müxtəlif yollara əl ataraq onu əsəbləşdirmiş, barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olan zaman Anar ilə arasında bu mövzuda yenidən mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncunun onun barəsində həqiqətə uyğun olmayan ifadələr işlətməsi səbəbindən əsəbləşərək DİN-nin 102 xidmətinə intihar edəcəyi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadıqları evə gəlib ərizələrini alıb getmişdir. Sonra Anar onda olan qonşuluqda yaşayan Könül adii qadına məxsus kitabçanı istəmiş, o isə həmin kitabçanı Anarın avtomobilindən tapmışdır. Bu səbəbdən yenidən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Anar onun qolunu tutub sıxaraq fiziki ağrı yetirmiş, hər iki ayağına isə təpik zərbələri vuraraq ona xəsarət yetirmişdir. O, əlavə olaraq baş vermiş mübahisənin yaşadıqları evdə 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa heç kimin olmadığını, həmçinin qarşı tərəfə heç bir fiziki müqavimət göstərmədiyini, eyni zamanda onun intihar etmək niyyəti olmadığını, həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək hər hansı bir hərəkətə yol vermədiyini də qeyd etmişdir. Sonda o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Abşeron RPİ TH-nin təhqiqatçısı Anar Həsənov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından şikayət vermişdir.Belə ki, iş üzrə həmin qərarın qəbul edilməsindən Şəxs məlumatı olmamışdır.İş üzrə aparılmış ekspert rəyi saxta yolla əldə olunmuşdur. Ekspert rəyində göstərilmiş xəsarətlərin Şəxs tərəfindən və ya hər hansı bir şəxs tərəfindən yetirilməsinə dair heç bir sübut yoxdur. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1071 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnun məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol said, hər iki bud və sol baldır nahiyyələrinin qançırları bərk-küt əşya (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağiamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə işin faktiki hallarına və fotoşəkillərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar