Məhkəmə qərarları › İş №3(012)-1468/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1468/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1468/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-1252/2022 nömrəli qərardadı ilə Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılmışdır. Göründüyü kimi, adı çəkilən qərardadla hazırda təqdim olunmuş inzibati xəta haqqında protokola münasibət bildirilmişdir. Şəxs tərəfindən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı İXM-in tələblərinə uyğun olaraq yeni protokol tərtib olunmamış, bununla da İXM-in tələbləri pozulmuşdur. Həmçinin Şəxs xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surəti və protokol əsasında qəbul edilmiş qərarın surəti verilməmişdir. İş materiallaırna əlavə edilmiş xəbərnamənin “Şəxsən” hissəsində zərfin kim tərəfindən qəbul olunduğu qeyd olunmamışdır. Bu o deməkdir ki, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətini və protokol əsasında qəbul edilmiş qərarın surətini qəbul etmiş şəxsin soyadı, adı və ata adı göstərilməmiş, şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəməyə təqdim edilmiş İnzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Abşeron Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar