Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1468/2024 05.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi İnzibati tənbeh vermə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Həmə qızının Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Barəsində icraat aparılan şəxs: X7 iştirakı ilə xx.xx.1976-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X10 barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən X7 inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-413/2021 saylı, 04 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 26 avqust 2020-ci il tarixdən başlayaraq X4 04 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanaqədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs Həmzı qızına ödənilməsi qət edilmişdir. Qeyd olunan icra işi 26 fevral 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, borclu icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış və rəsmi qaydada imzalanmaqla xəbərdarlıq edilmişdir. Borclu şəxs müxtəlif vaxtlarda borcundan hissə-hissə olmaqla ödənişlər etmişdir. Borclu ödənş etməməsinin səbəbini rəsmi olaraq heç bir yerdə çalışmaması ilə əlaqələndirmişdir. Qeyd olunan icra sənədi üzrə borc 4150 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Elmin Zamanov barəsində tərtib olunmuş inzibati xəta ilə bağlı özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, tələbkarla aralarında olan nikah pozulsa da səhhətindəki xəstəliyi ilə əlaqədar sonuncu onun yaşadığı evə gələrək, ev işlərində köməklik göstərmiş, o, isə son 3-4 ay müddətində aliment ödənişlərini kartla yox əlbəəl olaraq vermişdir. Yığılan borc məbləğindən xəbəri olmamışdır. Hazırda onurğa sümüyündə yaranan problemlər onun işləməsinə mane olduğundan aliment öhdəliyini icra edə bilməmişdir. Xəstəliyi ilə əlaqədar yaxın günlərdə əməliyyat olunacağını bildirərək, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, Elmin Zamanov bir neçə dəfə ona az miqdarda pul versə də həmin məbləğlər alimentin ödənilməsi ilə bağlı olmamışdır. İcra sənədi üzrə yaranmış borcunun tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Elmin Zamanov barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. X11 məhkəmə iclasında iştirak edərək, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlərin olmasını, ödəməli olduğu borcu ödəməməsində qərəzlilik olmadığını və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-413/2021 saylı, 04 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 26 avqust 2020-ci il tarixdən başlayaraq X4 04 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanaqədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs Həmzı qızına ödənilməsi qət edilmişdir İcra sənədi üzrə icraata 26 fevral 2021-ci il tarixdə başlanılmış və həmin tarixdə borclu X8 tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 8(006)-353/2021 saylı qərardadına əsasən borclu X8 məxsus olan "AZ SAMAND" minik markalı, **-NZ-*** dövlət qeydiiyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar Zərərçəkmiş şəxs Həmə qızı tərəfindən verilmiş 02 may 2024-cü il tarixli ərizəyə əsasən X10 tərəfindən aliment borcunu tam şəkildə ödəməsini, əks halda qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X10 icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs X7 inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləki, məhkəmə iclasında Elmin Zamanov aliment ödənişlərini kartla yox əlbəəl olaraq verməsi ilə əlaqədar çıxış etsə də, buna dair sübutları olmadığı üçün məhkəmə onun irəli sürdüyü arqumenti əsaslı və həqiqətə uyğun hesab etməyərək, borclunun icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Barəsində inzibati icraat aparılan X7 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Barəsində inzibati icraat aparılan X8 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1468/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1468/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver