Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1470/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1968-ci ildə Qubadlı rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Qubadlı rayonunda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinin inzibati binasına gələrək X3 özünə məxsus evindən oğurluq etməkdə ittiham edərək onu təhqir etmişdir. Həmin zaman Şəxs onu sakitləşdirmək istəyən Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsində xidmətdə olan cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Cavid Cavadovu nalayiq söyüşlərlə təhqir etmiş, sonuncu onu nizam-intizama dəvət etsə də səs-küy salaraq polisin qanuni göstərişlərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Cavid Cavadov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinin inzibati binasına gələrək X3 özünə məxsus evindən oğurluq etməkdə ittiham edərək onu təhqir etmişdir. Həmin zaman Şəxs onu sakitləşdirmək istəyən Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsində xidmətdə olan cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Cavid Cavadovu nalayiq söyüşlərlə təhqir etmiş, sonuncu onu nizam-intizama dəvət etsə də polisin qanuni göstərişlərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə çağırılmışdır. Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsində vətəndaş X3 təhqir etməmiş, polis əməkdaşına qarşı nalayiq ifadələr işlətməmiş və polis qanuni tələblərinə tabesizlik göstərməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində 4 uşağının olmasını, məqsədinin polisə müqavimət göstərmək olmadığını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1470/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1470/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver