Məhkəmə qərarları › İş №3(012)-1472/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1472/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1472/2020 29.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Əliyeva Qönçə Fədail qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9066/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs tələbkar Əliyeva Qönçə Fədail qızına hər ay 160 manat aliment borcunu ödəməlidir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9066/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə Şəxs tələbkar Əliyeva Qönçə Fədail qızının xeyrinə X1 üçün hər ay 160 manat sabit pul məbləğində aliment borcu ödəməlidir. 2020-ci ilin mart ayında aliment borcundan 100 manat ödəyib, cəmi 2950 manat borcu var. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində Rusiya Federasiyasında işlədiyi üçün borcunu ödəmək barədə məlumatının olmadığını, daha sonra Azərbaycana gəldiyini, mart ayında aliment borcundan 100 manat ödədiyini, ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar iş yeri fəaliyyət göstərmədiyi üçün borcunu ödəməkdə fasilələr yarandığını, daha sonra avqust ayında 150 manat ödədiyini və aliment borcunu ödəməkdən qəsdən yayınmadığını bildirərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əliyeva Qönçə Fədail qızı ifadəsində göstərdi ki, yaranmış aliment borcunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən tam ödənilməsini bildirdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9038/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs iddiaçı Əliyeva Qönçə Fədail qızının xeyrinə xx.xx.2019-cu il tarixdən hesablanaraq xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Qönçə Əliyevaya 450 manat məbləğində pul ödənilmişdir. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs qətnamənin icrasından bilərəkdən yayınmır və o, borcu ödəməkdən qəsdən boyun qaçırmır. Şəxs maddi vəziyyətinin ağır olması ilə əlaqədar aliment borcunu ödəyə bilməmişdir. O, mart 2020-ci il tarixdə 100 manat, avqust 2020-ci il tarixdə150 manat, xx xxxxxxxx 2020-ci il tarixdə isə 450 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, hazırda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar