Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1473/2020 29.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimHəsənov Vaqif İskəndəroğlunun sədirliyi, Qəhrəmanov Bəxtiyar vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-in BDYPİ-in İ Tağım YXP inspektoru X1 vəbarəsində inzibati protokol tərtib olunmuş Şəxs Zəkəriyyə oğlunun iştirakı ilə, xx.xx.1980-cı ildə Qazax rayonu, Daşkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol-Patrul Xidməti alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci ildə saat 23:05 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinin tələbini pozaraq, sərxoş vəziyyətdə, idarə etdiyi «HYUNDAİ AZERA» markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Bakı-Quba yolunun 16 km-də manevr edərkən idarəetməni itirmiş, nəticədə qabaqda hərəkətdə olan «VAZ-21214» markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3, 327.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in İ Tağım YXP inspektoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci ildə saat 23:05 radələrində sərxoş vəziyyətdə, idarə etdiyi «HYUNDAİ AZERA» markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Bakı-Quba yolunun 16 km-də manevr edərkən idarəetməni itirmiş, nəticədə qabaqda hərəkətdə olan «VAZ-21214» markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hasisəsi ilə əlaqədar araşdırma aparılmış, hər iki sürücü tibbi müayinədən keçmiş, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3, 327.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 23:05 radələrində idarə etdiyi «HYUNDAİ AZERA» markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 16 km-də hərəkətdə olarkən, manevr edərkən idarəetməni itirmiş, nəticədə ondan qabaqda hərəkətdə olan «VAZ- 21214» markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin gün spirtli içki qəbul etmişdir. Hadisə zamanı xəsarət almamışdır. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 5475 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 01:10-da müayinə olunarkən onda «Yüngül dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması özünün izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. ŞəxsAzərbaycan Respublikası İXM-nin 333.3 və 327.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 333.3-cü madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 17:50-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1473/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1473/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver