Məhkəmə qərarları › İş №3(012)-1475/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1475/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1475/2020 29.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin Böyük icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X5 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və ProbasiyaŞöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3827/2029 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X8 tələbkar Aytac Novruzovaya 1089 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3827/2029 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X8 tələbkar Aytac Novruzovaya 1089 manat aliment borcunu ödəməmiş, icra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, X5 izahatı alınmışdır. Borclu X8 icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs (tələbkar) X6 bildirdi ki, X5 Abşeron Rayon Məhkəməsinin 2(012)- 3827/2029 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini ödəməkdən yayındığını, buna görə də Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X8 işləmədiyini, maddi vəziyyətinin ağır olması ilə əlaqədar aliment borcunu may ayında 20 manat, iyul ayında 58 manat, avqust ayında 150 manat, sentyabr ayında 50 manat ödədiyini, qalan aliment borcunuda hissə-hissə ödəməyə hazır olduğunu bildirdi. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-3827/2029 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X3 xx.xx.2019-cu il tarixdən hesablanaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, X8 pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X5 AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. X5 izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, X8 qətnamənin icrasından bilərəkdən yayınmır və o, borcu ödəməkdən qəsdən boyun qaçırmır. X8 maddi vəziyyətinin ağır olması ilə əlaqədar aliment borcunu tam ödəyə bilməmiş, o 1089 aliment aliment borcundan 328 manatını ödəmiş, qalan borcunu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, hazırda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, X8 icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar