Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-148/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Vəkil və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 1-ci Ərazi X2 İdarəsinin daxili xidmət kapitanı X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 1-ci Ərazi X2 İdarəsi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 1-ci Ərazi X2 İdarəsi tərəfindən tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Şəxs MMC-nin “LC Waikiki” geyim satış mağazasında plan üzrə YTM-nə keçirilən zaman YTQ-nın 01-2001 bənd 5.1 – 5.6, bənd 7.1 – 7.1.9, bənd 8.1 – 8.8, bənd 5.1 – 5.12 pozulduğu məlum olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 1-ci Ərazi X2 İdarəsinin daxili xidmət kapitanı X3 izahat verərək bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamalara əsasən Şəxs MMC-nin “LC Waikiki” geyim satış mağazasında xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək aparılan yoxlamalar nəticəsində mağazada təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, istilik və havalandırma, ventilyasiya sistemlərinin normativ sənədləri, yanğına qarşı su təchizatı, ticarət ictimai iaşə müəssisələrində yarmarkalarda, bazar və anbarlarda yanğın avtomatikası qurğuların istismar vəziyyəti və yanğına qarşı su təchizatın istismar vəziyyəti pozuntuları aşkar edilmişdir. Aşkar edilmiş pozuntulara görə tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Vəkil inzibati xəta haqqında protokol ilə razı olmadıqlarını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Azərbaycan Respublikası FHN X2 Xidməti tərəfindən qəbul edilmiş Yanğıntexniki müayinənin aparılması haqqında xx.xx.2023-cü il tarixli 0076 saylı qərarından görünür ki, Şəxs MMC-nə məxsus “LC Waikiki” geyim mağazasının binasında təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, istilik və havalandırma, ventilyasiya sistemlərinin normativ sənədləri, yanğına qarşı su təchizatı, ticarət ictimai iaşə müəssisələrində yarmarkalarda, bazar və anbarlarda yanğın avtomatikası qurğuların istismar vəziyyəti və yanğına qarşı su təchizatın istismar vəziyyəti pozuntuları aşkar edilmişdir. Beləliklə, YTQ 01-2001, 5.1-5.6, 7.1-7.19, 8.1-8.8, 3.1-3.16.8, 5.1-5.12 bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 114-117, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-148/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-148/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver