Məhkəmə qərarları › İş №3(012)-1482/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1482/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1482/2024 19.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Barəsində icraat aparılan şəxs: X5 iştirakı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi “Mercedes Benz 300” minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 80-90 km/saat surətlə sol zolaqla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq, qarşıda eyni sitiqamətdə orta zolaqda hərkətdə olan X2 80-90 km/saat surətlə sol zolaqla hərkətdə olarkən əks istiqamətli hərkət zolağına çıxmadan manevr qaydasını pozaraq, qarşıda eyni istiqamətdə orta zolaqla hərəkətdə olan X2 80-90km/saat surətlə idarə etdiyi “BMW 528“ Xİ minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tin hissəsi ilıə toqquşmuş, nəticədə sürücü Şəxs ehtiyatsızlıqdan X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurulmasına səbəb olmuş və avtomobillər əzilərək, sahiblərinə maddi ziyan dəymişdir. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 00:40 radələrində etibarnamə əsasında “Mercedes Benz 300” minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Novxanı şəhərinə gedərkən Bakı-Sumqayıt yolundan yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o, orta zolaqda təxminən 80-90 km/saat surət ilə hərkətdə olarkən ondan qarşıda eyni zolaqda və eyni istiqamətdə “BMW 528“minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili orta surətlə hərkətdə olmuşdur. Həmin avtomobilin solundan ötüb təzədən öz zolağına keçən anda avtomobilin sağ yan hissəsi həmin avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə 1 nəfər sərnişin olmuş və ciddi xəsarət alan olmamışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi və və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 24 may 2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 13-cü kilometrində baş vermişdir;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 Abşeron rayon şöbəsinin 29 may 2024-cü il tarixli, 1077 saylı rəyinə əsasən 2023-cü il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burunun küt travması-burun üstünün qançırı, burun sümüyünün qapalı yerdəyişməyən sınığı, qarının ön səthinin geniş sahəli sıyrıqlı qançırı, sol baldırın 1/3-nin iç səthinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə salonunda olduğu avtomaşın digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətı pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir.  Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar