Məhkəmə qərarları › İş №3(012)-1484/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1484/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1484/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X5, Zərərçəkmiş şəxs Hüseyn qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1998-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Araz küçəsində yaşadığı evin qarşısında ucadan nalayiq söyüşlər söyməsinə irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə qonşusu Zərərçəkmiş şəxs Hüseyn qızının sifət nahiyəsindən vuraraq, ona fiziki ağrı yetirmişdir. Bununla da, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. X9 tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X10 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Araz küçəsində yaşayan İbadova X7 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı qonuşusu X9 tərəfindən döyüldüyünü bildirmişdir. Şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, X9 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən X4 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. X9 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X9 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs Hüseyn qızı ilə qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadıqları küçədə dostu ilə nalayiq söyüşlərlə bir-birlərinə zarafat etmişlər. Həmin vaxt qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onların bu hərəkətinə kobud formada irad bildirdiyinə görə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Ulduz sinə və sifət nahiyyəsindən bir dəfə əli ilə vurmuşdur. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hüseyn qızı izahatında göstərmişdir ki, X9 qonşusudur. xx.xx.2023-cü il tarixdə evdə olarkən evinin pəncərəsinin qarşısında Hüseyn yanındakı bir nəfərlə biri-birlərinə ucadan nalayiq söyüşlər söydüyünü görmüşdür. Küçəyə çıxdıqda Hüseynə etdiyi hərəkətlərinə irad bildirmişdir. Həmin vaxt Hüseyn onun üstünə gələrək, əli ilə sinə və sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, Hüseyn öz dostu ilə zarafat etmişdir. X1 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin tərəflərin barışmasını nəzərə alaraq, başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə X4 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində sağlamlığa zərər vurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X8 rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1366 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Hüseyn qızının məhkəmə-tibbi müayinəsi zamanı, onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın ənsə nahiyyəsinin hematoması, alt dodağın selikli qişasının qançırı küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə dava-dalaş zamanı əl zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs Hüseyn qızı tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X9 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Hüseyn qızı ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki X9 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən X4 barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 157-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar