Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1489/2024 23.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 xx.xx.2024-cü il tarixli, TP 66602510 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini, barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlamış DYP əməkdaşının barəsində xüsusi qərar qəbul edərək, aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Abşeron DYP-nin TP 66602510 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Belə ki, o, xx.xx.2024-cü il, saat 18:50-də Abşeron, Mehdiabad Gənclər şəhərciyində KHAZAR SD MİNİK markalı, ** PY *** dövlət qeydiyyat nişanlı maşını idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qaydalarını pozmaqla idarə etmişdir. Onun idarə etdiyi avtomobillə onun barəsində çıxarılmış qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməmişdir. Belə ki, avtomobilin sükanını görünüş üçün dəyişərək müasir bir sükanla əvəzləmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununa 1 saylı əlavədə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısının 3-cü bəndində qeyd edilir ki, konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan dempferi (motosikletlər üçün) nasaz olduqda və ya ümumiyyətlə olmadıqda istismarı qadağan edilir. Burdan belə qənaətə gəlmək olur ki, avtomobilin sükanını görünüş üçün yeni bir sükanla əvəzləmək avtomobildə hər hansı konstruksiya dəyişikliyi demək deyildir. Bundan başqa, BYDPİ- nin əməkdaşı mayor Araz Əsgərli youtube kanalında çıxışında avtomobilin sükanının dəyişilməsi ilə bağlı hər hansı bir cərimənin olmamasını və sükanın dəyişilməsi avtomobildə konstruksiya dəyişikliyi olmadığını vurğulayır. Yol polisi əməkdaşı bu protokolu tərtib etdiyi zaman haqlı olduğu halda, onu günahkar çıxartmış və barəsində protokol tərtib etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, sükanı görünüş üçün dəyişdirmişdir. Mübahisələndirdiyi qərarın çıxarılmasına səbəb sükanda təhlükəsizlik yastığının olmamasıdır. Yazdıqları protokolda da hava yastığına dair qeyd yoxdur, lakin sükan idarəetmə sisteminin əvəz olunmasına səbəb olan dəyişiklik edilməsi vardır. Avtomobilində əvvəldən hava yastığı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN Abşeron rayon DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN Abşeron DYP Baş Yol Patrul Xidməti inspektoru Polis Baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 66602510 saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il saat 18:50-də Khazar SD minik markalı, ** PY *** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad Gənclər şəhərciyi 15 ünvanında nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə 150 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2.maddəsinə görə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması kimi qiymətləndirilir. İşin məhkəmə baxışında dindirilərkən şikayətverən X1 özünün izahatında da bildirmişdir ki, sükanı görünüşü üçün dəyişdirmişdir, lakin avtomobili alan zaman sükanda hava yastıqları olmamışdır. Göründüyü kimi, Khazar SD minik markalı, ** PY *** dövlət nömrə nişanlı avtomobilin dəyişdirilmiş sükan texniki vəziyyəti tələblərə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.3-cü maddəsinə görə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 xx.xx.2024-cü il tarixli TP 66602510 saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Beləliklə,məhkəmə hesab edir ki, X1 xx.xx.2024-cü il tarixli TP 66602510 saylı inzibati qərardan şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP şöbəsinin xx.xx.2024-cü il tarixli TP 66602510 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1489/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1489/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver