Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-149/2025 09.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X5” MMC-də təchizatçı, vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 yanvar 2025-ci il tarixli İXP seriyalı 68000444 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı Kamil Kərimov bildirmişdir ki, xidmətdə olarkən inzibati xəta hadisəsinin qeydə alındığı ərazidə yolun hərəkət hissəsində yolun hərəkət istiqamətinə mercedes markalı nəqliyyat vasitəsinin perpendikulyar formada dayandığını görmüş sürücüdən nəqliyyat vasitəsini sağaçəkib saxlamasını tələb etmiş, sonra səbəbini soruşduqda sürücü idarəetməni itirdiyini və bu vəziyyətin alındığını bildirmişdir. Təhlükəsizlik kamerasına baxarkən sürücü Şəxs 06 yanvar 2025-ci il tarixdə, saat 11:55 radələlərində idarə etdiyi “MERCEDES BENZ E 270 CDİ MİNİK” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Abşeron rayonu ərazisində idarə edərkən mexaniki nəqliyyat vasitəsini qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlər etmməsi müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 06 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələlərində Abşeron rayonu ərazisində “MERCEDES BENZ E 270 CDİ MİNİK” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman hava yağışlı olduğundan palçıqlı yoldan çıxarkən təkərlərin sürüşməsi nəticəsində idarəetməni itirmiş və avtomobil sürüşərək, yolun hərəkət hissəsində dayanmışdır. O, dərhal özünü itirmədən avtomobili öz hərəkət zolağına qaytararaq, yola davam etmək istəmiş, bu zaman **-YP-*** saylı Yol Patrul Xidmətinin avtomobili ona saxla işarəsi vermiş, ona hüquq və vəzifələrini izah edərək, avtomobilin duracağa aparılacağını bildirərək, digər avtomobillər üçün qəza şəraiti yaratmasını demişdir. Sonra isə barəsində avtoxuliqan kimi protokol tərtib edilmişdir. Həmin əməllə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o ailəli olmaqla iş yerinə malikdir, himayəsində iki övladı var, həm həyat tərzi həm yaşı xuliqanlıq hərəkətlərinin edilməsinin ona istinad edilməsinə uyğun deyildir. Həmin vaxt o nəqliyyat vasitəsində tək olmuş, yola çıxarkən təkərlərin palçıq və yolun yağışlı havaya görə sürüşkən olması nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxmışdır. Bu fakt video görüntüdə də öz təsdiqini tapır. Nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 06 yanvar 2025-ci il tarixli İXP seriyalı 68000444 nömrəli protokoldan görünür ki, Şəxs 06 yanvar 2025-ci il tarixdə, saat 11:55 radələlərində idarə etdiyi “MERCEDES BENZ E 270 CDİ MİNİK” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 13 oktyabr 2015-ci il təvəllüdlü X1 və 18 yanvar 2021-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs barəsində törətdiyi inzibati xətanın tərkib əlamətlərinə uyğun olmayan qanun norması ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Belə ki, Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edən şəxs kimi göstərilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim olunmuş CD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Şəxs “MERCEDES BENZ E 270 CDİ MİNİK” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevr etmə qaydasını pozaraq digər hərəkət zolağına çıxsa da, həmin hərəkətlər davamlı olmamaqla, yalnız bir dəfə baş vermişdir. Bu hərəkətlər onun barəsində 511.1.3-cü maddəsi ilə protokol tərtib edilməsi üçün yetərli deyildir, çünki qanunvericilkdə də qeyd olunduğu kimi əməldə həmin maddənin tərkib əlamətlərinin yaranması üçün həmin hərəkətlər davamlı olaraq baş verməlidir. Belə olan halda Şəxs tam təqsirli olması, yəni onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin məcmu halında mövcud olması öz təsdiqini tapmır. Bu hallar isə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların dairəsinə daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində tərtib olunmuş protokolu nəzərdən keçirərək belə qənaətə gəlir ki, sonuncunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş 06 yanvar 2025-ci il tarixli İXP seriyalı 68000444 saylı protokola dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 114, 128-130- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-149/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-149/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver