Məhkəmə qərarları › İş №3(012)-1499/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1499/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1499/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqlnda iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsinə əsasən, X2 idarə etdiyi “Toyota Land-Cruiser-Prado” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə edərkən polis kapitanı Rüstəm İsmayılov tərəfindən saxlanılmış, hansı qayda pozuntusuna yol verməsi ona izah edilmədən nəqliyyat vasitəsi cərimə meydançasına təmin edilmişdir. Bundan sonra həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2 maddəsinə əsasən barəsində 150 manat cərimə təyin olmuşdur. Həmin qərarı əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət vermiş şəxsin və inzibati qərar qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 11 iyun 2025-ci il tarixdə, saat 15:43 radələrində idarə etdiyi “Toyota Land-Cruiser- Prado” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona 150 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin taqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xatanın olub-olmamasını, inzibati xətal törədən şəxsin təqsirini və işin düzgün halli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi hər cür faktik malumatlar inzibati xətalar haqqında işlar üzrə sübutlar sayılır. Bu malumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şexsin. zarar çəkmiş şaxsın, şahidlarin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyati orqanının müayyan etdiyi orqanın (qurtumin) informasiya sisteminda, habela digar dovlat informasiya sistemlarinda (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digar protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir; 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vazifalı şaxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər; 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat məbləğində cərimə edilir. Belə ki, iş materillarına əlavə edilmiş 1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 11 iyun 2025-ci il tarixdə, saat 15:43 radələrində idarə etdiyi “Toyota Land-Cruiser-Prado” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona 150 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Şikayətçi təqsirsizliyini sübut etmək vəzifəsi daşımasa da, qəbul tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərardan verilmiş şikayətini əsaslandırmamış, protokola razılaşmaması ilə bağlı qeydini verməməmiş, barəsində qərar qəbul edilərkən iştirak etməmiş, məhkəmə prosesinin vaxtı və yeri barədə məlumat verilsə də məhkəmədə gəlməmişdir. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan hallar nəzərdən keçirilərək məhkəmə hesab edir ki, imkanlarının olmasına baxmayaraq ona verilmiş prosessual hüquqlardan vaxtında istifadə etməyərək, xeyli müddət keçdikdən sonra qəbul edilmiş və qanuni qüvvəsini almış qərarların əsassız olmasının iddia edilməsi və bunun səbəblərinin göstərilməməsi həmin qərarların şübhə altına alınaraq ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X1 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətaları törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarlarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarların ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar