Məhkəmə qərarları › İş №3(012)-15/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-15/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-15/2022 29.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Oğuz rayonu YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Oğuz rayonu YPX inspektoru, polis serjantı X4 barəsində qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunamsını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 ərizəsini onunla əsaslandırdı ki, 22.09.2021-ci il tarixdə “Toyota Prado” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-İsmayıllı yolu ilə hərəkət edərkən DYPİ əməkdaşı tərəfindən saxlanmış, sənədləri yoxlanıldıqdan sonra ona geri qaytarılmışdır. Daha sonra yoluma davam etdikdən təxminən 20 dəqiqə sonra yolda hərəkətdə olan zaman sms radar vasitəsilə barəsində İXM-nin 342.7-ci maddəsinin tələbləri pozduğu üçün protokol tərtib edildiyi, qərar qəbul olunduğu və 60 manat və 4 bal cərimələndiyi ona məlumat verilmişdir. Protokolda qeyd olunan hal ilə razılaşmır, protokolu və onun əsasında qəbul olunmuş qərarı qanunsuz hesab edir, qanunsuz və ədalətsiz olduğu üçün ləğv olunması üçün yuxarı orqana müraciət etmək məcburiyyətindədir. Belə ki, “Toyota Prado” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının Prezidentinin 400 saylı 2018-ci il 14 dekabr tarixli Fərmanına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumdur. 22 sentyabr 2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi olan “Şəhərdən kəndə” layihəsi çərçivəsində Qax rayonunda təsərrüfatlara dəstək həyata keçirilmişdir, rəsmi dövlət tədbirində, dövlət qurumunun mülkiyyətində olan “Toyota Prado” markalı avtomobilin ** AS *** dövlət qeydiyyat nişanının birinin olmaması, saxta və ya mövcud standartlara uyğun olmaması və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edilməsi ehtimalı qanunsuzluqdur, DYPİ əməkdaşı tərəfindən qanunsuz protokol tərtib edilərkən “Toyota Prado” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qurumunun mülkiyyətində olması diqqətindən yayınmış, eyni zamanda polis əməkdaşı sənədlərini yoxlayandan sonra hərəkətinə davam etməyinə icazə vermiş, tərəfindən hər hansı inzibati xətanın törədilməsi ilə bağlı onu məlumatlandırmamışdır. Tərəfindən 24.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə və AR DİN Bakı şəhər BPİ DYPİ-ə müraciət olunmağına baxmayaraq bügünədək müraciəti cavabsız qalmış, inzibati xəta haqqında iş üzrə icraatdan heç bir məlumatı olmamışdır, protokol yanında tərtib olunmadığı üçün hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd etmək ona təklif olunmamışdır, inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmiş, protokol tərəfindən imzalanmamış, izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır. Protokol tərəfindən imzalanmadığı üçün inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli olduğu halda polis əməkdaşı tərəfindən səlahiyyəti olmadığı halda qərar qəbul edilmişdir. Sonda o, EQ3188966 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Oğuz RPİ YPX -nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Oğuz RPİ-nin YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Oğuz rayonu YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə şikayətə mahiyyəti üzrə baxılması üçün qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Oğuz rayonu YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesabedilməlidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99-cu maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsinin mövcudluğunun göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında işlər üzrə icraata başlamağa səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İXMnin 342.7-ci maddəsi həmin maddəyə əsasən nəzərdə tutulmuş inzibati xətalara aid deyildir, inzibati xəta haqqında icraat mənim iştirakımla olmalı idi, protokol elektron qaydada deyil, mənim iştirkımla tərtib edilməli idi. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. İXM-nm 100-cü maddəsinin məzmununa əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X1 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamış və İXP ******* saylı 22.09.2021-ci il tarixli protokol tərtib olunarkən polis əməkdaşı tərəfindən İXM-nin 124.3 və 124.4-cü maddələrinin tələbi kobud şəkildə pozulmuşdur. Qanunla müəyyən edilmiş hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə belə hesab edir ki, şikayət təmin olunmalı, Oğuz rayonu YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Oğuz rayonu YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar