Məhkəmə qərarları › İş №3(012)-1501/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1501/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1501/2024 16.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar- Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)- 812/2020 saylı icra vərəqəsinə əsasən Gədəbəy rayonunun Qaradağ kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Şəxs 24 iyul 2020-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşaq üçün 120 (yüz iyirmi) manat tutularaq 30 may 2011ci ildə anadan olmuş Lətif, 07 avqust 2015-ci ildə anadan olmuş Cavid adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirdi ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan borcunu ödəməmişdir. Hazırda borclu Şəxs 11130 manat borcu vardır. Borc məbləğindən dediyinə görə 200 manat ödəmişdir ki, onun 150 manata dair qəbzi var, 50 manata dair qəbzi itirmişdir. Məhkəmənin qərarı çıxarılan zaman borclu cəzaçəkmə müəssisəsində olduğundan icra vərəqəsi barədə ona məlumat verilmişdir, lakin onun tərəfindən heç bir ödəniş aparılmamışdır. Buna görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Əvvəllər yol nəqliyyat hadisəsi törətdiyindən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası almış,cəzaçəkmə müəssisəsində olduğundan icra sənədini icra edə bilməmişdir. 2023-cü ilin mayında azadlığa çıxmış, lakin işlə təmin oluna bilməmişdir, işləmədiyindən ödəniş edə bilməmişdir. Hazırda usta yanında fəhlə işləyir, ayda bir dəfə maaş alır. Aliment ödəməkdən yayınmır, ancaq ödəniş etməyə maddi imkanı yoxdur. Aliment barədə qərar çıxarılan zaman cəzaçəkmə müəssisəsində olmuşdur. xx.xx.2023-cü ildə cəzadan azad olmuşdur. Məhkumluğu olduğundan iş tapmaqda çətinlik çəkir. Buna görə də nəzərə alınmasını xahiş etdi. Tələbkar- Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs borcundan cəmi 150 manat qaytarmışdır. Ona dəfələrlə alimenti ödəməsi ilə bağlı müraciət etsə də, borcu qaytarmamışdır. Uşaqların ikisi də xəstədir. O, avtobus sürücüsü işləyir, qazancı da var. Lakin uşaqların saxlanılmasına kömək etmir. Qalan borcun bütünlüklə ödənilməsini tələb edir. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Əsgərov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra vərəqəsini icra etməkdən boyun qaçırmır, hər ay ödəniş etmək istəyir. Buna görə də, onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Əsgərov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra sənədini qərəzli olaraq icra etməmişdir. Bu əsasda məhkəmə hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra vərəqəsi icra olunması üçün borclunun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan qəbzlərdəndən görünür ki, Əsgərov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra sənədi üzrə 150 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 41/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Əsgərov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-812/2020 saylı icra üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-41/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilmiş, bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətmişdir. Şəxs borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 15:15-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar