Məhkəmə qərarları › İş №3(012)-1501/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1501/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1501/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X18 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 54273/2025 saylı qərarından şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-54273/2025 saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində mənə bildiriş göndərilmiş həmin bildirişdə qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol iizrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş iizrə icraat aparılan şəxs qismində X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sıımqayıt şossesi, 7-ci km, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, bina 27, Abşeron DOST Mərkəzi, 2-ci mərtəbə) çağırılmışdır. Qolunun sınması ilə əlaqədar olaraq üzürlü səbəbdən təyin olunmuş zamanda Abşeron Xızı regional şöbəsinə gedə bilməmişdir. Həmin təşkilat tərəfindən xx.xx.2024- cü il tarixində yenidən ona rəsmi məktub ünvanlanmış və həmin məktubda qeyd olunmuşdur ki, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü (İşçiyə müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə) maddəsinin tələblərinə uyğun olaraq 17 iyun 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərara əsasən inzibati məsuliyyətə cəlb olunaraq 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin xx.xx.2025- ci il tarixli, 3-17-5/2-54273/2025 №-li qərarı ilə razı olmadığına görə həmin qərardan şikayət vermək qərarına gəlmişdir. Direktoru olduğu "xxxx" MMC-nin (VÖEN: **********) 2024-cü il tarixindən fəaliyyətini dayandırmışdır. Bunun sübutu olaraq qeyd etməyi zəruri hesab edir ki, vergi orqanlarına MMC-nin fəaliyyətdə olmasına dair boş bəyannamə göndərmişdir. Ona görə də 2025-ci il ərzində Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının 400 manat olması ilə əlaqədar işçilərlə bağlanmış əmək müqaviləsinə düzəliş edilməmişdir. Həmçinin bildirdi ki, şəxslə bağlı əmək müqaviləsi olsa da əmək haqqı olmayıb, məcburi məzuniyyətdə olub. Zatən belə bir düzəlişin edilməsi üçün subyektiv hüquqada malik olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-54273/2025 №-li qərarının ləğv edilməsi və barəsində başlanılmış iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X15 iştirak etdiyi məhkəmə iclasında protokola uyğun izahat verməklə faktla bağlı araşdırma aparıldığını və sübutlar toplanıldığını və tənbeh vermə haqqında qərar qəbul edildiyini, iş materiallarına əlavə edilmiş sənədlərdə də bunun öz əksini tapdığını bildirmişdir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 54273/2025 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsinin 17 iyun 2025-ci il tarixli, 3-17-5/2-54273/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələblərinə uyğun olaraq 17 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən ”Qurucu LTD” MMC-nin direktoru X5 nzibati məsuliyyətə cəlb olunaraq 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-də işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3cü maddəsinin tələbləri pozulmuş, “Əmək və Məşğulluq” altsistemində bəzi işçilərin (X16, X3, X6, X7, X4) haqqları ölkə üzrə müəyyən edilmiş minimum əmək haqından aşağı qeyd olunmuşdur. Bu fakt ƏƏSMN-nin “Əmək və Məşğulluq” altsistemindən xx.xx.2025-ci il tarixdə ixrac edilmiş baza məlumatları ilə təsdiq edilir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X5 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X11 Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-54273/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-54273/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar