Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1502/2024 16.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, tələbkar X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X8, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı 28 aprel 2017-ci il tarixli icra sənədinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 136,60 manat alimentin alınaraq verilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-693/2019 saylı 05 aprel 2019-cu il icra sənədlərinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat alimentin və 50 manat əlavə xərcin tutulub X3 xeyrinə ödənilməsi qət olunmuşdur. Bu müddətdə hər hansı məbləğdə ödəniş edilməmişdir. Qeyd olunan icra sənədləri üzrə borc 15408 manat təşkil edir. Borclu şəxsə aliment borcunu ödəməsini tələb etdikdə, borclu şəxs tələbkara olan aliment borcunu evini kirayə verərək ondan əldə etdiyi kirayə pulunu tələbkara ödənilməsini kirayə götürən şəxsə tapşırmış, məhz həmin kirayə götürən də son beş il müddətdir ki, kirayə pulunu tələbkara aliment ödənişi kimi ödədiyini bildirmişdir. Lakin tələbkar edilən ödənişlərin aliment ödənişləri olduğunu təkzib etmişdir. Tələbkar məhz onun özünə alimentin ödənilmədiyinə dair şikayət etməmişdir. Tələbkar may-iyun ayında Regional Ədliyyəyə alimentin ödənilmədiyinə dair şikayət etmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, o, yaranmış borc məbləğini qəbul etmir. Belə ki, 2017-2019-cu illərin, yəni iki illik borc məbləğini qəbul edir. Belə ki, 2019-cu ildə o, öz ata evini Emin Əliyev adlı şəxsə kirayə vermiş və həmin kirayə pulunu Eminə tapşırmışdır ki, Günel Səmədovaya aliment ödənişi əvəzində ödəsin. Odur ki, Emin Əliyev kirayə pulunu son beş il müddətində hər ay Günel Səmədovaya ödəmişdir. Sadəcə olaraq artıq bir-iki aydır ki, kirayə götürən şəxs evdən çıxmış və ödəniş kəsildiyi üçün, tələbkar şikayət etmişdir. Qeyd etmək istəyir ki, onun tapşırığı ilə Emin Əliyevin etdiyi ödənişlər 200-250 manat məbləğində olmuş, əslində hesablansa onun tələbkara hazırda hər hansı məbləğdə aliment borcu yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs nümayəndəsi X10, Şəxs izahatına uyğun izahat verdi, həmçinin tələbkarın kart hesabına son beş ildə Emin Əliyev tərəfindən nə qədər pul ödəndiyini müəyyən etmək üçün banka sorğu verilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 bildirdi ki, borclunun evində o və uşağı qalırdı. Sadəcə olaraq o, Sumqayıt şəhərinə yerləşdiyi üçün Sumqayıtda kirayə ev tutmuş və borclu şəxslə aralarında olan razılaşmaya görə ev kirayə verilməli və həmin evdən əldə edilmiş kirayə pulu onun Sumqayıt şəhərində tutduğu kirayəyə verilməli idi. Yəni evi kirayə götürən Emin Əliyev tərəfindən ona edilmiş ödənişlərin, aliment borcuna hesablanmasına dair borclu ilə aralarında hər hansı bir razılaşma olmayıb. Borclu artıq 7 ildir ki, ona bir manat da olsun aliment ödənişi etməyib. Odur ki, aliment borcunun ödənilməsini, əks halda ciddi tədbir görülməsini xahiş etdi. X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, beş ildir ki, borclu şəxs Şəxs evində 200 manata daha sonra 220 manata, daha sonra isə 250 manata kirayə qalır. Həmin kirayə pullarını tələbkarın kartına hər ay ödəmişdir. Atası ona bildirmişdir ki, həmin ödənişlər əslində Ceyhunun Günelə olan aliment borcudur. Daha sonra Ceyhun özü də ona bu barədə məlumat vermişdir. Məhkəməyə təqdim edilən qəbzlər onun kart hesabından çıxarışlardır. Hətta bəzən elə olub ki, aparat vasitəsi ilə də tələbkara pul ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili Vəkil borclu şəxsin evini kirayə verib həmin ödənişləri tələbkara verilməsini evi kirayə götürən şəxsə tapşırması və evi kirayə götürən şəxsin də kirayə pulunu aliment ödənişi müqabilində tələbkara ödəməsi məhkəmə iclasında müvafiq sübutlarla təsdiq edildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı 28 aprel 2017-ci il tarixli icra sənədinə əsasən aparılan Şəxs X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 136,60 manat alimentin alınaraq verilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-693/2019 saylı 05 aprel 2019-cu il icra sənədlərinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat alimentin və 50 manat əlavə xərcin tutulub X3 xeyrinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədləri Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılaraq tərəflərə bu barədə məlumat verilmişdir. İnzibati xəta haqqında iş materiallarını, məhkəmə iclasında verilmiş qəbzləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Belə ki, borclu şəxs evini 2019-cu ildə kirayə verərək kirayə pulunun kirayə qalan tərərfindən son beş il ərzində tələbkar şəxsə aliment ödənişi əvəzində ödəndiyini bildirsə də, tələbkar şəxs həmin ödənişlərin məhz aliment ödənişi əvəzində verildiyini təkzib etmişdir. X16 tərəfindən edilmiş ödənişlərin məhz aliment ödənişinin əvəzində verilməsi hər hansı mötəbər dəlillə əsaslandırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər edilmiş ödənişlər məhz aliment ödənişinə hesablanmalı idisə, kirayə pulu borclunun özünə ödənər və o da öz müqabilində aliment borcunu ödəyərdi. Lakin göründüyü kimi, icra məmuru vasitəsi ilə hər hansı bir ödəniş olunmamış, tələbkar da şahidin etdiyi ödənişlərin aliment ödənişi olmağını qəbul etmir. Həmçinin məhkəmə hesab edir ki, borclu şəxs evini 2019-cu ildə kirayə verib əgər edilmiş ödənişlər məhz aliment ödənişidirsə belə, ondan öncəki iki illik müddətdə isə aliment borcu məbləği ki, ödənilməmiş qalmaqdadır. Bunu borclu şəxs də öz izahatında qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh növü tətbiq edilsin. Həbs etmənin əvvəli 16 iyul 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1502/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1502/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver