Məhkəmə qərarları › İş №3(012)-1505/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1505/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1505/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyevin, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Goranboy rayonu, Sovetkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Goranboy rayonu, Goranboy şəhəri, Abbasqulular kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyev tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyev bildirdi ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, Park Selero yaşayış kompleksinin həyətində baş vermiş mübahisə zamanı Aytən Babayeva və Şəxs bir-birinin ünvanına nalayiq söyüşlər söymüşlər. Şəxs Aytən Babayeva ilə aralarında şəxsi münasibətlər zəminində tərəflər birbirinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Bu fakt izahatlar ilə təsdiq edilir. Odur ki, bütün bunları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, X7 ilə tanış olmuş, həmin vaxtdan indiyə qədər aralarında dost münasibəti olmuşdur. X7 ilə barışmışdır, bir-birlərini bağışlamışdır. Əməlindən peşmandır. İnzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, o əvvəllər tanıdığı Şəxs ilə yaşadıqları evdə yemək yeyib spirtli içki qəbul etmişlər. Sonradan onun ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs ilə barışmışdır, bir-birlərini bağışlamışdır. İnzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında Şəxs zərərəçəkən şəxslə barışdığını bildirmiş, məhkəmdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyev tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Park Selero yaşayış kompleksinin həyətində Aytən Babayeva ilə aralarında şəxsi münasibətlər zəminində tərəflər bir-birinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşıyev tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, Park Selero yaşayış kompleksinin həyətində baş vermiş mübahisə zamanı Aytən Babayeva və Şəxs bir-birinin ünvanına nalayiq söyüşlər söymüşlər. xx.xx.2025-ci il tarixli 1207 saylı ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlin İ barmağının əsas falqasının ovuc səthinin səthi kəsilmiş yarası-iti kəsici alətin təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta yəni xx.xx.2025-ci il tarixə uyğun gələ bilərdi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs və X3müraciətləri əsasında toplanmış material üzrə cinayət işini başlanması rədd edilmiş, X3 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Şəxs ilə barışmışdır, bir-birlərini bağışlamışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X7 ilə barışmışdır, bir-birlərini bağışlamışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu. ona əlavə olunmuş sənədləri araşdırıb, barışıq ərizəsinin zərərçəkmiş şəxsin şəxsən özü tərəfindən təqdim olunmasına əmin olub hesаb edir ki, X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxsnın məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı Şəxs tərəfindən X4 və Şəxs döymə hərəkəti ilə qəsdən fiziki ağrı yetirməsi iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, tərəflər arasında barışıq əldə olunması hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (bir yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar