Məhkəmə qərarları › İş №3(012)-151/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-151/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-151/2021 15.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək, Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Barəsində şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan hal isə, yəni barəsində şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Məhkəmənin hakimi: Vaqif Həsənov İş № 3(012)-151/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL xx.xx.2021-ci il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar