Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1513/2025 11.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X2 iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27928123 saylı inzibati qərardan verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27928123 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında qərarın icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan verilmiş şikayət ərizəsindən görünür ki, o,13 may 2025-ci il tarixində ünvan 1 ünvanında idarə etdiyi ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman DYPX-nin avtomobilinə quraşdırılmış elektron radar vasitəsi ilə barəsində EQ27928123 nömrəli 13 may 2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati protokol təıtib olunmuşdur. Bildirir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və həmin protokol üzrə tərtib edilmiş qərar qanunsuzdur. Belə ki, tərtib edilmiş protokola aid elektron sistemə yüklənmiş görüntüdən də müəyyən olunur ki, ünvan 1 ünvanında idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun həmin hissəsində quraşdırılmış yol nişanında surət həddi 90 km saat göstərilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin əməkdaşının idarə etdiyi DYPX-nin nəqliyyat vasitəsi ilə qarşı-qarşıya gələrkən yolda surət həddi hər iki tərəf üçün 90 km/saat müəyyən olunmuşdur. O, isə həmin hissədə saatda 93 km/saat surətlə hərəkətdə olduğu halda, qərarda guya surət həddinin 60 km/saat qeyd olunduğu halda onun 93 km/saat surətlə hərəkətdə olması yazılmışdır. Təqdim etdiyi foto şəkillərdən göründüyü kimi yolun həmin hissəsində surət həddi 90 km/saat müəyyən olunmuşdur. Hesab edir ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının başqa cür bərpa olunması mümükn deyildir. Bu səbəbdən məhkəmə müdafısəindən istifadə etmək məcburiyyətində qalmışdır. Ona görə də həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxsə və qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəblər barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, qərardan şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27928123 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 may 2025-ci il tarixdə, saat 14:49 radələrində X1 rayonu, İntiqam Dadaşov küçəsi, (Aşağı Güzdək) 35 ünvanında idarə etdiyi “MİTSUBİSHİ L 200 minik” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Məhkəmə, qərardan şikayət vermiş şəxsin izahatını dinləyib. şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, Bakı şəhəri X6 İdarəsinin polis kapitanı tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27928123 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 idarə etdiyi “MİTSUBİSHİ L 200 minik” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İnzibati məsuliyyətə cəlb olunmuş X4 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 08 iyun 2025-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 şikayət ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun tərəfindən törədilməsini təsdiq edən sübutlar ona təqdim edilmədən, onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş qərarla ona cərimə cəzası tətbiq edilmişdir Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 13 may 2025-ci il tarixli, EQ 27928123 tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin sonuncunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 şikayətində göstərilən halların mövcud olubolmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27928123 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsinə inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəm QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27928123 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1513/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1513/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver