Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1514/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 X8 Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayonu DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən, tərəfindən Xırdalan şəhəri, Fəzail Əhmədov 4 ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü (Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin pozulmasına səbəb olan dəyişikliklər edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmişdir. Barəsində qanunsuz qərar qəbul edilməsi ilə nəticələnən hadisə aşağıda qeyd olunan formada cərəyan etmişdir: 2025-ci il 25 iyun tarixində Xırdalan dairəsində **-YP-*** qeydiyyat nişanlı yol patrul xidməti əməkdaşları - polis inspektoru, kapitan Tural Şəkərov və polis serjantı Mikayıl Məmmədov tərəfindən saxlanıldı. Saxlanılma səbəbi nəqliyyat vasitəsinin (**-MX-*** qeydiyyat nişanlı Kia Optima TF) sport yaylarla təchiz olunması olmuşdur. Lakin hadisə zamanı həmin yayların EDDYSTAR şirkətinə aid rəsmi sertifikat və texniki uyğunluq sənədlərini əməkdaşlara təqdim etdiyi halda, buna məhəl qoyulmamış və qanunvericilik tələblərinə zidd şəkildə o DYP idarəsinə aparılmışdır. Bundan əlavə: YHQ 84.6-2 və İXM101 maddələrinin tələbləbi pozulub. Protokol yerində tərtib olunmalı olduğu halda. Abşeron DYP-nin inzibati binasında yazılmışdır. Ona qarşı təzyiq göstərilmiş, kapitan Tural Şəkərov tərəfindən icazəsi olmadan onun və nəqliyyat vasitəsinin video görüntüləri çəkilmiş, habelə həmin görüntülərin patrul, az saytında və sosial şəbəkələrdə paylaşılacağı ilə hədələnmişdir. Qeyd edilən qərarla razı deyildir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-iexniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Avtomobilinə quraşdırılmış sport tipli yaylar standartlara və normativlərə uyğun keyfiyyət sertifikatı, kodlaşma ilə NV marka, modelinə özəl hazırlanmışdır. Yəni avtomobilində olan sport tipli yaylara hər hansı müdaxilə edilməmiş, kustar üsulla qızdırılıb kəsilməmişdir. Əlavə olaraq qeyd edilən yayların sertifikatı əsasında normativlərə uyğun olaraq zavod üsulu ilə hazırlanıb hazırlanmaması DYP əməkdaşının vizual baxışı ilə deyil, mütəxəssis tərəfindən müəyyən edilir. Belə ki, DYP əməkdaşı avtomobilinə quraşdırlan sport tipli yayların müvafiq sertifikatını, EDDYSTAR şirkətinin nümayəndəsi tərəfindən DYP əməkdaşına ünvanladığı müraciət formasını təqdim etdi. Ancaq heç bir faydası olmadı. Bu azmış kimi, DYP əməkdaşı öz ehtimallarına dayanaraq, nəqliyyat vasitəsini duracağa yox polis bölməsinə apardı və bildirdi ki, avtomobil cərimə meydançasına evakuator ilə yerləşdiriləcək. İXM-in 342.2.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qanunla qadağandır. Lakin idarə etdiyi avtomobilə yaylar dəst şəkildə və eyni ölçüdə quraşdırılıb, avtomobilin ağırlıq mərkəzi və bucaqların tənzimlənməsi avadanlığının (razval) nəticələri oxların pozulmasına səbəb olmur. Belə ki, idarə etdiyi avtomobilə quraşdırlmış EDDYSTAR yayları standartlara uyğun -35 mm qədər endirilir. Yaylar həm zavod istehsalı olan standart amortizatorlarla, həm də fərqli fərqli amortizatir istehsalçılarının məhsulları ilə uyğun şəkildə işləyə bilir. Əlavə olaraq bildirir ki, -50mm və daha çox eniş zamanı sport tipli yayların sport amortizatorları ilə quraşdırlması mütləqdir, əks halda belə hal normativ-texniki qaydaların pozulması hesab olunur. Lakin göründüyü kimi, bu qayda pozuntusuna onun tərəfindən qətiyyən yol verilməmişdir. Göründüyü kimi o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində qeyd edilən qərar qanunsuz və əsassızdır. AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Abşeron DYPŞnin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 09 iyul 2025-ci il tarixə, saat 15:30-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Abşeron DYP məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Abşeron DYPnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. X8 Polisi İdarəsinin əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, X1 idarə etdiyi “KİA OPTİMA” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında baxış keçirilmiş video görüntüyə əsasən müəyyən edilmişdir ki, X1 idarə etdiyi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Abşeron DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(012)-1514/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1514/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver