Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1518/2021 28.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X9 katibliyi, Şikayət verən X5 iştirakı ilə, X1 Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə 28.10.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırilmışdır ki, 28.09.2021-ci il tarixdə **-ZO-*** dövlət qeydiyyat nişanlı, “Toyata Prius” markalı minik avtomobil ilə Abşeron rayon Polis İdarəsinin adını bilmədiyi əməkdaşları tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 15a ünvanında evə gedərkən saxlanılmış, polis əməkdaşından özünü təqdim etməyini və saxlanılmağının səbəbini soruşduqda isə polis nəfərinə yaraşmayan formada cavab verərək özünü təqdim etmədən saxlanmağının səbəbini açıqlamamışdır. Polis əməkdaşı özünü təqdim etmədiyi üçün idarə etdiyi xidməti avtomobilin dövlət qeydiyyat nömrəsini götürmək məcburiyyətində qalmışdır. Polis əməkdaşlarının bu davranışı qanunsuz olduğu üçün bu barədə DİN-in “102” qaynar xəttinə müraciət edərək **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən polis əməkdaşlarının əməlləri barədə məlumat verməsinə baxmayaraq, müraciətlə bağlı hər hansı araşdırma aparılmamışdır. Yalnız telefonuna bildiriş gələrkən barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP4217479 saylı protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edildiyi məlum olmuşdur. O, həmin gün özündən əlavə iki nəfər ailə üzvü-atası və qardaşı ilə birgə maşında evə doğru getdiyi üçün tibbi maskadan istifadə etməmişdir. Halbuki polis əməkdaşları tərəfindən maşındakı sərnişinlərin şəxsiyyəti və onların vəsiqələri yoxlanılsaydı bir ailənin üzvü olmaları təsdiqlənərdi. Polis əməkdaşları tərəfindən yazılmış protokol ona təqdim olunmamış və o, həmin protokolla tanış olmağına dair imza etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Sonda o, Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Abşeron DYP YPX inspektoru, polis serjantı X4 bildirdi ki, 28.09.2021-ci il tarixdə Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 15a ünvanında **-ZO-*** dövlət qeydiyyat nişanlı, “Toyata Prius” markalı minik avtomobilini idarə edən X2, avtomobildə iki nəfər xanım olmasına və taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq fərdi qoruyucu vasitədən istifadə etmədiyi müəyyən edilmiş, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə X7 barəsində 100 manat məbləğində cərimə edilməsinə dair inzibati qərar qəbul edilmişdir. Hadisənin necə baş verməsi barəsində videoyazı da mövcuddur. Məhkəmə iclasında X7 şikayətdə göstərdiklərini təkzib edərək bildirdi ki, 28.09.2021-ci il tarixdə Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 15a ünvanında **-ZO-*** dövlət qeydiyyat nişanlı, “Toyata Prius” markalı minik avtomobilini idarə edən zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılan zaman polis əməkdaşı onunla kobud danışmışdır. Avtomobildə iki nəfər xanım –sevgilisi və onun bacısı olmuşdur. Sükan arxasında olan zaman fərdi qoruyucu vasitədən istifadə etməmişdir. Sonda o məhkəmədən Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki inzibati işin materiallarında Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilməsinə dair inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında videoyaziya baxış keçirilərkən müəyyən edildi ki, X7 polis əməkdaşı tərəfindən saxlanılan zaman özünü təqdim etməmiş və avtomobili idarə edərkən fərdi qoruyucu vasitədən istifadə etməmişdir. Azərbaycan Respublikası Baş X11 tərəfindən 29 may 2020-ci il taixli qəran ilə qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı təsdiqlənmişdir. Həmin qərara əsasən müəyyən edilmiş siyahıya görə qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlər aşağıdakılardır: Azərbaycan ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər Jbu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatlann (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X7 haqlı və düzgün olaraq səlahiyyətli orqan tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına, işin faktiki hallarına və məhkəməyə təqdim olunmuş videoyazıya əsasən məhkəmə hesab edir ki, X7 şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etmədiyi üçün şikayət təmin edilməməli və Abşeron DYP YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 tərəfindən Abşeron DYP YPX inspektoru, polis serjantı X3 29.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1518/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1518/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver