Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1526/2022 21.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in X4 polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1988-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qəbələ rayonunda qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 01:40 radələrində X4 inzibati binasına Şəxs sərxoş halda daxil olaraq özünə xəsarət yetirəcəyini bildirirərək əlində olan telefonu və açarı döşəməyə çırparaq öz qoluna xəsarət yetirmiş, nalayiq ifadələr işlədərək və növbətçi hissənin iş rejimini pozaraq xırda xuliqanlıq etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-in Mehdiabad PB-in əməkdaşları ilə mübahisə etməklə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Şəxs oğlu tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon Pİ-in X4 polis sahə rəisi, polis kapitanı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 01:02 radələrində DİN-nin 102 xidmətinə Şəxs narkotik maddəı aludəçisi olan Səxavət adlı şəxsin onun adın aböhtan xarakterli məlumatlar çıxartmasını bildirmiş, məlumat əsasında ərizə və izahatının alınması məqsədi ilə ünvanı dəqiq bildirməsi üçün Şəxs ilə ilə əlaqə saxlanılmış, vətəndaş sərxoş olduğu üçün ünvanı və yerini dəqiq bildirməmişdir. Təxminən bir saat sonra Kazımova X1 Polis Bölməsinin inzibati binasına sərxoş vəziyyətdə daxil olaraq polisin ünvanına nalayiq ifadələr işlədərək və növbətçi hissənin iş rejimini pozaraq xırda xuliqanlıq etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-in Mehdiabad PB-in əməkdaşları ilə mübahisə etməklə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə Məmmədli kəndində Səxavət adlı şəxs ona böhtan atdığı üçün DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs zəng edən polis əməkdaşı sonuncu ilə kobud danışdığı üçün əsəbi halda polis bölməsinə gəlmiş və polis bölməsində ünvansız söyüşlər söymüşdür. Həmin axşam içkili vəziyyətdə olmuşdur. Səxavət adlı şəxsin ona şər-böhtan atması onu əsəbləşdirdiyi üçün əsəbdən nə danışdığını bilməmişdir. Həmçinin az yaşlı qızının avtomobil qəzasında ölümündən sonra əsəbləri korlanmışdır. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını, məsuliyyətini dərk etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli, 2/22442 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1526/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1526/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver