Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1529/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1, protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1974-cü ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan X1 barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X1 xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Abşeron rayonu ərazisində yerləşən Ekologiya postunda olmuşdur Buna görə X1 Rüstəməli oğlu Azərbaycan Respublikası İXM-nin 517- 2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X1 göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin PPX-nin k/serjantı Rəşidov Rüfət Rövşən oğlu tərəfindən tərtib edilmiş raporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xandan küçəsi, məhəllə 3066, ev 26a-da yaşayan X1 xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Abşeron rayonu ərazisində yerləşən Ekologiya postunda olmuşdur. Buna görə də X1 barəsində Azərbaycan Respublikası İXMnin 517-2.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs X1 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Abşeron rayonu ərazisində yerləşən Ekologiya postunda olarkən polis əməkdaşları ona yaxınlaşmışdır.. Sorğu zamanı polis əməkdaşlarına komendant saatı vaxtında xüsusi icazə vərəqəsinin olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə X1nın inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X1 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, X1 törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X1 Rüstəməli törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə olunsun. Qərarın icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1529/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1529/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver