Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1529/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclasının katibi X2 ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 qərardan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* saylı "İnzibati tənbeh vermə haqqında" qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur, fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir, VÖEN və şəhadətnaməsi vardır. Onunla bağlı tərtib edilmiş 06 iyun 2024-cii il tarixli EP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsaslanılaraq, AR Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP ******* saylı "İnzibati tənbeh vermə haqqında qərarı qəbııl edən vəzifəli şəxs Bankın Baş Direktoru R.Məlikova) ilə AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimə görə,inzibati xətanın bilavasitə obyekti olmuş 45000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10(on) faizi miqdarında, yəni 4,500.00 ABŞ dolları məbləğində barəmdə cərimə tənbeh növü tətbiq edilmişdir. 06 iyun 2024-cü il tarixli EP ******* nömrəli protocol tərtib edilərkən və barəsində inzibati xəta haqqında iş aparılarkən, eləcə də qərar qəbul edilərkən bundan xəbəri olmamışdır. Yalnız qərar və bankın xx.xx.2024-cü il tarixli könüllü icra təklifinə dair məktubunu aldıqdan sonra inzibari işdən və qərardan xəbər tutmuşdur. Məktub və qərar ünvanına xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Barəsində çıxarılmış qərarla və tətbiq olunmuş inzibati tənbeh növü ilə razı deyildir, buna etiraz edir, qərarı qanunsuz və əsassız hesab edir. Qərar qanunsuzdur. Belə ki ,inzibati işə baxılarkən və barəmdə inzibati cəza tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normaları və tələbləri pozulmuşdur. Əvvəla ona görə ki, mən maraqlı şəxs kimi işə cəlb olunmamış, proses barədə məlumatlandırılmamış və prosesdə iştirak etməmişdir. Əgər işdə iştirak etsə idi, dəlil və sübutlarını təqdim edər, təqsirsizliyi üzə çıxardı. Mərkəzi Bank işə baxarkən onu dəvət etməmiş, izahatım alınmamışdır. Pul vəsaitinin nəyə görə köçürülməsi, nə alınması, malın nə üçün gətirilməməsi və s. məsələlər aydınlaşdırılmamışdır. Halbuki, müvəkkil bankın tərtib etdiyi pulun köçürülməsi sənədində müqavilənin nömrəsi və tarixi qeyd edilmişdir. Qərar işin aydınlaşdırılmayan, araşdırılmayan və qiymətləndirilməyən faktiki halları ilə uyğunsuzdur, bu üzdən də tamamilə əsassızdır. xx.xx.2022-ci il tarixində Rusiya Federasiyasının Belqorod vilayətinin Şebekino şəhərində fəaliyyət göstərən "xxxx" MMC adlı hüquqi şəxslə 2310/023/22 nömrəli müqavilə bağlamışdır. Müqaviləyə əsasən, satıcı "xxxx" MMC mövcud sənədləşməyə uyğun olaraq və Alıcının təklifləri nəzərə alınmaqla, 2N-lİ Əlavədə göstərilən "Texniki şərtlər"ə (Texniki tələblərə) cavab verən çörək zavodunda istifadə üçün soba avadanlığını(sökülmüş vəziyyətdə) hazırlamalı və göndərməli, Alıcı isə(yəni,mən) Müqavilənin 1 N-İi Əlavəsində ("Spesifıkasiya”/Texniki Göstəricilər" adlanan sənəddə) göstərilən xüsusiyyətlərə malik avadanlığa görə 90000 ABŞ dolları məbləğində müqavilə qiymətini ödəməli idi. Müqavilənin şərtlərinə görə, ilkin olaraq müqavilə qiymətinin 50%-i, yəni 45000 ABŞ dolları xx.xx.2022-ci il tarixinə kimi öncədən ödənilməli, 80 gün müddətində avadanlıq hazırlanmalı, daha sonra yerdə qalan məbləğ ödənilməli və mal Azərbaycana göndərilməli idi. İkin məbləğ, yəni 45000 ABŞ dolları xx.xx.2022-ci il tarixində "Paşa Bank” vasitəsilə Satıcının bank hesabına köçürülmüşdür. Bundan sonra Satıcı avadanlığın hazırlanması işlərinə başlamışdır. Həmin zaman Rusiya Federasiyası, məlumdur ki, Ukraynada 2022-ci ilin fevral ayında başladığı “xüsusi əməliyyat" aparırdı. Yəni, faktiki olaraq müharibə gedirdi. Artıq həmin ilin yaz-yay aylarında "xüsusi əməliyyat" genişmiqyaslı müharibəyə çevrildi və müharibə arealı sürətlə genişlənməyə, "xxxx"MMCnin yerləşdiyi Belqorod vilayətinə də yayılmağa başladı. Soba/avadanlıq hazırlayan Satıcı şirkət avadanlıq hissələrinin komplektasiyasını apardığı üçün bəzi detallar müharibə aparılan ərazilərdə fəaliyyət göstərən zavod və fabriklərdən alınırdı, tədarük olunurdu. Müharibə həmin zavod və fabriklərin fəaliyyətinə təsir etdiyi üçün, nəticədə, Satıcı şirkətə və onun təsərrüfat fəaliyyətinə də təsir göstərmişdi. Bu səbəbdən sobanın hazırlanmasında ləngimələr oldu. Daha sonra, "xxxx" MMC şirkəti yaranmış fors-majorla bağlı bizdən ödənişin müəyyən hissəsinin soba hazır olmadan ödənilməsini xahiş etmiş, həmin zaman ödənişi edə bilməmişdir. Çünki, onun özünün də fors-major hesab ediləcək problemi yaranmışdır, növbəti borc hissəsini ödəməyə imkanı yox idi. Belə ki, rəsmi fəaliyyət göstərən mühasibi "ŞMZ” MMC şirkətinə ödənilməli olan pul vəsaitini, eləcə də təsərrüfat və sahibkarlıq fəaliyyəti üçün kredit götürdüyü digər pul vəsaitlərini ələ keçirmiş və yoxa çıxmışdı. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. Müraciəti üzrə təhqiqat aparılaraq pul vəsaitinin ələ keçirilməsi faktı üzrə 17 yanvar 2023cü il tarixində AR Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və müstəntiq Elgün Hüseynovun icraatına qəbul edilmişdir. Bu barədə müstəntiqin xx.xx.2023-cü il tarixli məktubu ilə məlumatlandırılmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, X7 özgə əmlakını ələ keçirmə məqsədi ilə onun etibarından suiistifadə etməklə RF-nın Belqorod şəhərində yerləşən "Şebekinsk” zavodunun hesabına 45000 ABŞ dolları pulu köçürəcəyi barədə yalan vəd verməklə aldadıb onun razılığı ilə Paşa Bankdakı müvafiq bank hesabına asan imzası ilə daxil olub internet bank xidməti vasitəsi ilə 20 dekabr 2022- ci il tarixdə hesab faktura üzrə avans ödənişi adı ilə 15000 manatı, 22 dekabr 2022-ci il tarixdə hesab faktura üzrə tam ödəniş adı ilə 15000 manatı, 29 dekabr 2022-ci il tarixdə idarə etdiyi "X10 LLC” şirkətinin adı göstərilməklə qaimə üzrə qismən ödəniş adı ilə 15000 manatı, 29 dekabr 2022-ci il tarixdə qaimə üzrə tam ödəniş adı ilə 5000 manat, 30 dekabr 2022-ci il tarixdə hesab faktura üzrə ödənişi adı ilə 15000 manatı və həmin tarixdə qaimə üzrə ödəniş adı ilə 20000 manatı, 09 yanvar 2023-cü il tarixdə qaimə üzrə ödəniş adı ilə 30000 manat, 10 yanvar 2023-cü il tarixdə qaimə üzrə ödəniş adı ilə 40000 manatı və həmin tarixdə qaimə üzrə ödəniş adı ilə 6900 manat pulu öz şəxsi məqsədləri üçün köçürmələr etməklə ələ keçirib zərərçəkmiş şəxs ona 161.900 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da R.R. Pənahəliyev AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. İstintaq zamanı həmin şəxsin CM-nin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış, lakin o, istintaq orqanından gizləndiyi üçün və olduğu yer məlum olmadığına görə həmin tarixdə onun barəsində axtarış elan edilmişdir. R.R.Pənahəliyev tapılıb istintaqa təqdim olunanadək müstəntiqin xx.xx.2023-cü il tarixli "cinayət işi üzrə icraatın dayandırılması haqqında" qərarı ilə sözügedən cinayət işi üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, barəsində talama/dələduzluq növündə cinayət törədilmiş, nəticədə ona külli miqdarda zərər vurulmuşdur. Gözləmişdir ki, yaxın müddətdə təqsirləndirilən şəxs tapılar və ələ keçirdiyi pul vəsaitinin ona qaytarılması təmin edilər. Lakin, həmin şəxs indiyə kimi tapılmamış və istintaqa cəlb edilməmişdir. Bu üzdən də üzrlü səbəblərdən çətinliklərlə qarşılaşmış və "xxxx" MMC şirkəti qarşısında öhdəliklərini 2024-cü ilin may ayına kimi yerinə yetirə bilməmişdir. Bu ilin may ayında yaxın dostlarının və qohum-əqrabasının borc şəklində maddi köməkliyi sayəsində vəziyyətini bir az düzəldə bilmiş və pul vəsaiti toplayaraq "ŞMZ” MMC şirkətinə xx.xx.2024-cü il tarixdə bank hesabı ilə növbəti 45000 ABŞ dollarını da ödəmişdir ki, malını göndərsin. Pul vəsaiti alındıqdan sonra müqavilə obyekti olan avadanlıq bu ilin iyun ayında Azərbaycana göndərilmiş və tərəfindən miivafıq gömrük rəsmiləşdirilmələri aparılmaqla mal qəbul edilmişdir. Malın qəbulundan sonra Mərkəzi Bankdan ünvanına sözügedən qərar daxil olmuşdur. Yuxarıda gətirdiyi dəlillərə və sübutlara görə, eləcə də, işin, inzibati cəza tətbiq edən orqan tərəfindən aydınlaşdırılmayan və qiymətləndirilməyən hallarına görə, Qərar tamamilə əsassızdır və qanunsuzdur. Baş vermiş inzibati xətada onun təqsiri yoxdur və olmamışdır. Satıcı ilə bağladığı müqavilənin “Fors-Major" adlanan 10-cu bölməsinə əsasən müharibə və istənilən xarakterli hərbi hərəkətlər fors-major halı hesab edilir. Eləcə də, bu müqavilə bağlandıqdan sonra ortaya çıxan və müqavilə öhdəliklərinin icrasına əhəmiyyətli dərəcədə təsir edən hallar fors-majot halları hesab edilir və müqavilə müddəti, həmin hallar aradan qaldırıldığı müddətədək uzadılır. Belqorod vilayəti müharibə zonasında yerləşir və müharibə şəraiti Satıcının öhdəliklərinin icrasında ləngimələrə gətirib çıxarmışdır. Bu, onun tərəfindən qəbul edilmişdir və bu üzdən, Satıcıya qarşı iddia, tələb, pretenziya irəli sürməmişdir. Eləcə də, mühasibinin ona qarşı yol verdiyi cinayət tərkibli əməllər və pul vəsaitlərinin cinayət yolu ilə talanması Satıcı qarşısında onun öhdəliklərinin vaxtında icrasına maneçiliklər yaratmışdır. Satıcı bu halı fors-major hadisəsi kimi qəbul etmiş və bu üzdən, o da ona qarşı hər hansı iddia, tələb, pretenziya irəli sürməmişdir. Bir sözlə, öhdəliklərinin icrasında ləngimələr üzrlü səbəblərdən baş vermiş, tərəflərin hər hansı təqsiri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X3 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X5 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü il tarixli ******* saylı inzibati xəta protokolundan görünür ki, X5 45000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də, 34075.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin materiallarından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X5 barəsində inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü il tarixli ******* saylı inzibati xəta protokolu tərtib olunarkən qeyd ediən protokol tərtib olunarkən barəsində protokol tərtib olunan X3 iştirakı təmin edilməmiş, onun izahatı alınıb protokola əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.7. maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda qeyd edilir. Bununla bağlı qeyd olunur ki, şəxs izahat verməkdən imtina etdikdə isə bu barədə protokolda qeyd aparılır. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı qərardan görünür ki, X5 45000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də, 34075.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 45000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 4,500.00 ABŞ dolları məbləğində cərimə növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyun 2024-cü il tarixli, 6-1-16/3- 5369/2024 saylı X4 göndərilmiş məktubuna əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X5 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EP ******* saylı qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 140-cı maddəsinə əsasən icra edilməsi üçün göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq inzibati tənbeh haqqında qərarda nəzərdə tutulan cəriməni 30 gün ərzində ödəməyi və bu barədə Mərkəzi Banka məlumat verməyi tələb olunmuşdur. Cəriməni könüllü qaydada ödəmədiyi təqdirdə inzibati tənbeh haqqında qərar qanunvericiliyə uyğun olaraq məcburi icraya yönəldiləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. xx.xx.2024-cü il tarixli, **********0809 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən sifariş olunan mallar gətirilmişdir.Malların gec gətirilmə səbəbi kimi şikayətçinin dəlillərini isə hamıya məlum olan faktdır. Satıcı ilə bağladığı müqavilənin “Fors-Major" adlanan 10-cu bölməsinə əsasən müharibə və istənilən xarakterli hərbi hərəkətlər fors-major halı hesab edilir. Eləcə də, bu müqavilə bağlandıqdan sonra ortaya çıxan və müqavilə öhdəliklərinin icrasına əhəmiyyətli dərəcədə təsir edən hallar fors-majot halları hesab edilir və müqavilə müddəti, həmin hallar aradan qaldırıldığı müddətədək uzadılır. Belqorod vilayəti müharibə zonasında yerləşir və müharibə şəraiti Satıcının öhdəliklərinin icrasında ləngimələrə gətirib çıxarmışdır. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraat zamanı iş üzrə qərardan şikayət vermiş şəxsi dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib hissəsinin mövcudluğu protokol tərtib edən tərəfindən obyektiv aradırma aparmadan inxibati xəta protokolu tərtib edildiyindən, hazırda isə müqvilə öhdəliyi üzürlü səbəbdən bir qədər ləğngiməklə icra edildiyindən hesab edirəm ki,iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Hesab edirəm ki, X5 tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1529/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1529/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver