Məhkəmə qərarları › İş №3(012)-1533/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1533/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1533/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Abşeron rayon Polis idarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, Abşeron rayon Polis İdarəsində ünvansız nalayiq söyüşlər söyərək, Abşeron rayon Polis İdarəsində ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X5 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, Şəxs etdiyi müraciətlə əlaqədar Abşeron rayon Polis İdarəsində izahatı alınarkən heç bir əsaslı səbəb olmadan yazdığı izahatı qəsdən cıraraq, səs-küy salıb, ucadan nalayiq söyüşlər söyərək xidməti fəaliyyətlərinə maneçilik törədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar araşdırılma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, etdiyi müraciətlə əlaqədar Abşeron rayon X4 şöbəsində polis kapitanı Cavanşir Mansurovun otağına gəlmiş, onunla söhbət etmişdir. Daha sonra izahatı alınarkən onunla mübahisə etmiş, əsəbilərini cilovlaya bilmədiyi üçün ünvansız nalayiq söyüşlər söymüşdür. Hazırda əməlindən peşmandır, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, Abşeron rayon Polis İdarəsində ünvansız nalayiq söyüşlər söyərək, Abşeron rayon Polis İdarəsində ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixdə AZA 002112 №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 23:00-dan etibarən inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs qızınun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs qızının törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Mingəçevir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar