Məhkəmə qərarları › İş №3(012)-1533/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1533/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1533/2024 17.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi. Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Saatlı rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 6, 2A ünvanında qeydiyyatda olan və ünvan 2rləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlu tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Emil Yüzbaşiyev izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən kafedə şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döymüşdü, lakin ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır və ondan nisyə 450 manata 2 quzu almışdır. Həmin puldan 50 manat kart hesabına atmış, 100 manatını nağd ödəmişdir. 04 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxsla görüşmüşdür, aralarında mübahisə olmuşdur, lakin onu vurmamış və heç bir xəsarət yetirməmişdir. Eyni zamanda sağlamlığa zərər vurmanın təyininə dair ekspertiza hadisə günündən 1 ay sonra keçirilmişdir və həqiqətə uyğun deyildir. Bu səbəbdən zərərçəkmiş şəxsin dedikləri həqiqətə uyğun olmayaraq, böhtan xarakteri daşıyır. Barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək, bildirdi ki, Şəxs quzu satmışdır və bundan sonra 04 may 2024-cü il tarixdə Abşeron rayonu, Masazırda yerləşən kafedə Şəxsla görüşmüşdür və ondan borcunu ödəməsini tələb etmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır və Şəxs onu kafedən çıxıb gedərkən arxadan yaxınlaşıb, üz nahiyyəsinə vurmuşdur. Hal-hazırda Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, o, Şəxs tanışıdır, hadisə baş verən günü, göstərilən vaxtda Şəxsla birlikdə Abşeron rayonu, Masazırda yerləşən kafedə Zərərçəkmiş şəxsla görüşmüşdür, özü də Zərərçəkmiş şəxs avtomobil almışdır. Kafedə Nizami ilə Fiqarın yanında gələn şəxs arasında ikisi də məhkum olunduqları üçün, məhkumluq həyatlarına dair aralarında mübahisə yaranmışdır, qeyd edir ki, Fiqar Nizamini vurmamış, heç bir döyülmə hadisəsi olmamış və heç bir xəsarət yetirilməmişdir. Nəzərə çatdırmaq istəyir ki, Nizami onun özünü bugün məhkəmənin qarşısında vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1149 saylı ekspert rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – üst çənədə soldan İİİ dişin tac hissəsində travmatik sınığı, həmin dişin diş ətinə qansızma, üst dodağın selikli qişasına qansızma, küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, baş və sair) hissəsində yarana bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları dərəcələri üçün təyin edilmir; 27 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqazidd hərəkətlərin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktiki söhbətlər aparmaq məqsədi ilə qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır; Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli zərərçəkmişin məhkəmə iclasında vermiş olduğu izahatı, 27 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə uyğunluq təşkil etmir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahiddə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin tanışı olduğundan, həmçinin zərərçəkmişlə aralarında mübahisə olduğundan onun izahatını məhkəmə mötəbər sübut kimi nəzərə almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və onun cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar