Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1535/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Abşeron rayonu Masazır Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Arif oğlunun və X2, Sumqayıt Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi X6 iştirakları ilə, inzibati xəta haqqında icraat aparılan şəxs Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri X4 barəsində Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri X4 barəsində xx xxxxxxxx 2020-ci il tarixli, 03 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, vətəndaş Musayev Rüfət Şövkət oğlunun müraciətinə inzibati nəzarət icraatı qaydasında baxılmasının nəticəsi ilə bağlı Abşeron rayonu, Masazır bələdiyyəsinə xx.xx.2020-ci il tarixli 05/61 saylı tövsiyə məktubu göndərilmişdir. Lakin bələdiyyə tərəfindən həmin tövsiyə məktubu bələdiyyənin iclas protokolunun gündəliyinə salınmamış və inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan qərarlarının (aktlarının) surətləri “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbləri pozularaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 gün müddətinə göndərilməli olduğu halda gödərilməmişdir. (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt regional ədliyyə idarəsinə) həmin müddətdən 7 ay 16 gün keçmişdir.`X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta örədilmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi X10 eyni məzmunlu izahat verməklə X4 barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. İnzibati xəta törətmiş Abşeron rayonu Masazır Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Arif oğlu izahatında bildirdi ki, Musayev Rüfət Şövkət oğlunun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinə gedən yolun açılması ilə bağlı Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən tədbirlər görülməməsi barədə müraciətə bələdiyyə tərəfindən baxılmış, lakin qeyd edilən məsələ ilə bağlı hal-hazırda məhkəmə prosesi Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə baxılmalı olduğundan qeyd olunan məsələ iclas protokolunun gündəliyinə salınmamış və müzakirə olunmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-cü maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarında müəyyən edilir ki, vətəndaş Musayev Rüfət Şövkət oğlunun müraciətinə inzibati nəzarət icraatı qaydasında baxılmasının nəticəsi ilə bağlı Abşeron rayonu, Masazır bələdiyyəsinə xx.xx.2020-ci il tarixli 05/61 saylı tövsiyə məktubu göndərilmişdir. Musayev Rüfət Şövkət oğlunun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinə gedən yolun açılması ilə bağlı Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən tədbirlər görülməməsi barədə müraciətə bələdiyyə tərəfindən baxılmış, lakin qeyd edilən məsələ ilə bağlı hal-hazırda məhkəmə prosesinə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə baxılmalı olduğundan qeyd olunan məsələ iclas protokolunun gündəliyinə salınmamış və müzakirə olunmamışdır. Eyni zamanda qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə idarəsinə eyni məzmunlu məktub da ünvanlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, vətəndaş Musayev Rüfət Şövkət oğlunun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinə gedən yolun açılması ilə bağlı cavabdehlər X9 və qeyrilərinə qarşı iddia ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsinin icraatnda olmaqla xx xxxx 2020-ci il tarixdən iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal məhkəmənin icraatında olduğu halda Abşeron Rayon Masazır Bələdiyyəsinin iclas protokolunun gündəliyinə salınıb müzakirə olunması əhəmiyyətsiz olmaqla yolverilməzdir. Ona görə də protokolda qeyd olunan hallar X4 barəsində Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri X3 əməlində Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1535/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1535/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver