Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1535/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sıra-15, ev 1A-da qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 0002-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 14.09.2021-ci ildə, saat 16:20-də, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, Bakı-Quba yolu 712 saylı postun qarşısında, «BMW 328İ» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, 14.09.2021-ci il tarixli, 7080 saylı Sərxoşluq tibbi müayinə protokolundan görünür ki, Şəxs 14.09.2021-ci il tarixdə, saat 15:50-də müayinə olunarkən, sidik götürülmüşdür, ekspress test yolu ilə yoxlanılaraq narkotik vasitə olan THC qəbul etməsi faktı aşkarlanmışdır. THC pozitiv olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində göstərmişdir ki, 14.09.2021-ci il tarixdə «BMW» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba yolunun 9-cu km-də idarə edərək 772 saylı ekologiya nəzarət bölüyünün stasionar YPX postunun qarşısında YPX əməkdaşı onu saxlamışdır. YPX əməkdaşı yaxınlaşıb özünü təqdim etdikdən sonra avtomobildə əlavə hər hansı qurğu quraşdırıb- quraşdırmadığını soruşduqdan sonra, avtomobilə baxış keçirdi. Hər hansı əlavə avadanlıq aşkar olunmadı. Bundan sonra YPX əməkdaşı ondan niyə eynək taxdığını soruşdu. YPX əməkdaşının sözlərindən sonra o, və sərnişin qismində olan mülkiyyətçi Məhəmməd Qarayev və sinif yoldaşı Ceyhun Abbasov eynəkləri çıxartdılar. YPX əməkdaşı onun sərxoşluq vəziyyətində olub-olmadığını yoxlamaq üçün alkotester cihazı ilə yoxlamışdır və sərxoşluq olmadığı müəyyən olunduqdan sonra onu Sumqayıt şəhər Narkoloji xəstəxanasına apararaq müayinədən keçirdilər. Müayinə nəticəsində sidikdə narkotik vasitə olan THC aşkarlandı. Bildirir ki, narkotik vasitəni 03.09.2021-ci il tarixdə toy axşamında çəkmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1535/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1535/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver