Məhkəmə qərarları › İş №3(012)-1535/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1535/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1535/2023 29.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan Abşeron Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, protokolun əsassız hesab olunması və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. “X3” Azərbaycan Respublikasının Qanununun 85-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarından göründüyü kimi, X1 barəsində tərtib edilmiş protokol əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilsə də, şikayət Bakı şəhər DYPİnin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan verilmişdir . Belə ki, mövcud inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X2 tərəfindən isə protokol mübahisələndirilmiş, inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığı halda, inzibati xəta haqqında protokoldan şikayət ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, şikayət Azərbaycan Respublikasının İXM-nin tələblərinə aid düzgün tərtib olunmamış, qərarından şikayət verilən orqana aid məlumatlar göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılması mümkün deyildir, X1 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar