Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1536/2024 24.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli EQ 21449526 saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli EQ 21449526 saylı inzibati xəta haqqında elektron qərarından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobilin etibarnaməsi Car pro rebtekora verildiyi üçün sistemdə sürücülük hüququ yalnız ona məxsus olmağı göstərilir. Buna baxmayaraq yol vərəqəsi əsasında avtomobili idarə edən başqa insanlardır. Bununla bağlı bütün elektron cərimələr tətbiq olunur və sürücülük hüququ məhdudlaşdırılır. 332.3-cü maddə nəzərdə tutulmaqla ona elektron formada bir neçə saat ərzində 1800 manat cərimə tətbiq olunur. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayətə uyğun izahat verib, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN BDYPİ-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli EQ 21449526 saylı inzibati xəta haqqında elektron qərarından görünür ki, xx.xx.2024-cü il saat 10-20 tarixdə idarə etdiyi “Kia Optima” minik markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddələri ilə 300 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 xx.xx.2024-cü il tarixli EQ 21449526 saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1. maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi avtomobilin mülkiyyətçisi avtomobili etibarnamə ilə istifadəyə verdiyi halda bu məlumatlar Baş dövlət Yol Polis İdarəsində qeydiyyatdan keçirilməlidir. Hazırkı halda isə şikayət verən X3 ona məxsus “Kia Optima” minik markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetməyə versə də, bunu lazimi qaydada rəsmiləşdirməmişdir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli EQ 21449526 saylı inzibati xəta haqqında elektron qərarından şikayəti əsassız olduğundan rədd olunmalıdır. Vurulmuş ziyanla bağlı onun mülki qaydada məhkəməyə iddia ilə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli EQ 21449526 saylı inzibati xəta haqqında elektron qərarından şikayəti rədd olunsun. Vurulmuş ziyanla bağlı ona mülki qaydada məhkəməyə iddia ilə müraciət etmək hüququ izah olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1536/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1536/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver