Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1537/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası DİN Binəqədi rayon PŞ-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Binəqədi rayonunda törədilmişdir. X1 şəhəri, Xırdalan şəhəri, Quşçuluq y/m, 4 BQF ünvanında yaşadığını qeyd etsə də, şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti əlavə etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Binəqədi rayon PŞ-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 Azərbaycan Respublikası DİN Binəqədi rayon PŞ-nin inzibati xəta haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1537/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1537/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver