Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1539/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Egri Burhanəddin oğlunun və onun müdafiəçisi “Kiçiybəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1965-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəs, R,Allahverdiyev küçəsində müvəqqəti yaşayan, Egri Burhanəddin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Egri Burhanəddin oğlu haqqında xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8İ-2896 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən Egri Burhanəddin oğlundan 136000 (yüz otuz altı min) məbləğində pul vəsaiti tutulub tələbkar X6 xeyrinə ödənilməldir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 bildirdi ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinə sentyabr 2018-ci il tarixdə daxil olmuş Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8i-2896 saylı, xx.xx.2018-ci il tarixli icra qeydi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Egri Burhanəddin oğlunun izahatı alınmış, izahatında hissə-hissə olsada hər ay borcunu ödəməyi vəd etsədə, 04 ildə 136000 (yüz otuz altı min) məbləğində pul borcundan yalnız beş min manat məbləğində pul ödəmişdir. Hal-hazırda Egri Burhanəddin oğlunun 131000 (yüz otuz bir min) manat borcu var. X5 icra məmurunun çağırışlarına gəlməmiş, telefon zənglərinə cavab verməmiş, bu səbəbdən icra məmurunun təqdimatı əsasında Abşeron rayon məhkəməsində onun məcburi gətirilməsinə dair qərar çıxarılıb icra edilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilmiş, tələbkar isə borcunun ödənilməməsi ilə əlaqədar müxtəlif dövlət qurumlarına şikayət etmişdir. Nəhayət borclu Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanalaraq məcburi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə gətirilib icra məmuruna təhvil verilmişdir. Onun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Egri Burhanəddin oğlu izahatında bildirdi ki, o, dəri satışı ilə məşğuldur. 2015-ci ildə Rafıq Rzayev şəxsən ona ortaqlıq təklif etmişdir. Onlar müəyyən məbləğdə pul ayıraraq lazım olan xammalın alınması üçün sərf etmişlər. Onların fəaliyyətləri heyvan dərisi yığaraq Türkiyə Respublikasına ixrac edib gəlir əldə etməkdən ibarət olmuşdur. xx.xx.2018-ci il tarixdə Gəncə Asan Xidmət mərkəzində onlar arasında kredit müqaviləsi bağlanmışdır. Tələbkar ona 136000 (yüz altı min) manat pul vermişdir. Onlar işə başlarkən həmin malların ölkədən çıxarılmasına heç bir dövlət rüsumu nəzərdə tutulmadığı halda xammalı əldə edilən müddətdə qanunvericilikdə dəyişiklik edilmiş və onların ixrac etdiyi mallara dövlət rüsumu tətbiq edilmişdir. Buna görə də o, maddi ziyana uğramışdır. Daha sonra R.Rzayev ondan verdiyi borcun ödənilməsini tələb etmiş, o, 136000 (yüz otuz altı min) manat borcdan 5000 (beş min) manat borcunu ödəmiş, qalan borcunu isə hissə-hissə ödəyəcəyini bildirsədə, tələbkar borcun tam ödənilməsini tələb edir. Ölkə ərazisində pandemiya elan olunduğu üçün 2 (iki) il ərzində ödəniş aparmamışdır. Hazırda ödəmə imkanı yoxdur, lakin o, yaranmış borcu aybaay ödəmək fikrindədir. Sonda o, etdiyi əməl üzrə özünü təqsirli bilmədiyini və icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəldiyini əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Egri Burhanəddin oğlunun müdafiəçisi “Kiçiybəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə tələbkar gəlir əldə etmək üçün birgə fəaliyyət göstərmişlər. Onlar arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi saxtadır. Pulun verilməsini təsdiq edən ödəniş qəbzi də mövcud deyil. Tələbkar Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Egri Burhanəddindən 80000 (səksən min) ABŞ dolları, 64000 (altmış dörd min) ABŞ dolları, əldən çıxmış faydaya görə 32000 (otuz iki min) ABŞ dolları məbləğində pulun ödənilməsini xahiş etmişdir. Onlar da öz növbəsində Göygöl rayon Məhkəməsinə kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişlər. Sonda o, hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində iki azyaşlı uşağının olmasını və aybaay ödəniş aparmaq idtidarında olduğunu əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8i-2896 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən Egri Burhanəddin oğlundan 136000 (yüz otuz altı min) məbləğində pul vəsaiti tutulub tələbkar X6 xeyrinə ödənilməldir. Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarının surətindən görünür ki, icra məmuru X10 tərəfindən borclu X7 rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi üçün təqdimat verilməsinə dair qərar qəbul edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun məcburi gətirilməsinə dair təqdimatından görünür ki, Abşeron rayon 1 saylı Notariat Kontorunun 8İ- 2896 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Egri Burhanəddindən 136.000 manat məbləğində pul vəsaiti tutulub tələbkar X6 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. X14 icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq Egri Burhaneddin məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının və tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, Abşeron rayon 1 saylı Notariat Kontorunun 8İ-2896 saylı xx.xx.2018ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun məcburi gətirilməsinə dair təqdimatı əsasında borclu X8 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair qərar çıxarılmışdır. İş materiallarına əlavə olunmuş X11 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, Rafıq Rzayev 80000 (səksən min) ABŞ dolları, 64000 (altmış dörd min) ABŞ dolları, əldən çıxmış faydaya görə 32000 (otuz iki min) ABŞ dolları məbləğində pulun Egri Burhanəddin tərəfindən ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Egri Burhanəddin tərəfindən Göygöl rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, X15 Rzayev arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadından görünür ki, iddiaçı X6 cavabdeh Egri Burhaneddinə qarşı borc və sair tələbinə dair 2(001)-4317/2022 saylı mülki iş üzrə icraat Göygöl Rayon Məhkəməsinin icraatında olan 2(066)-864/2022 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Egri Burhaneddinin məcburi gətirilməsi barədə təqdimat təmin edilmiş, daha sonra onun yaşadığı yer müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Egri Burhaneddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Egri Burhaneddin oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinə sentyabr 2018-ci il tarixdə daxil olmuş Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8i-2896 saylı, xx.xx.2018-ci il tarixli icra qeydi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Egri Burhanəddin oğlunun izahatı alınmış, borclu yazdığı izahatında hər ay borcunu hissə-hissə olsada ödəməyi vəd etsədə, 04 ildə 136000 (yüz otuz altı min) məbləğində pul borcundan yalnız beş min manat məbləğində pul ödəmiş, iki il ərzində icra sənədinin qalan hissəsini icra etməmiş, icra məmurunun çağırışlarına məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmış, bu hərəkətləri ilə X14 icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və bununla da onun məcburi gətirilməsi zərurəti yaranmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun məcburi gətirilməsinə dair təqdimatı əsasında borclu X8 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı çıxarılmış, həmin qərar əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə X13 saxlanılaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilmiş və izahatı alındıqdan sonra Abşeron Rayon İcra və Probasiya Şöbəsinin məmuru tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Egri Burhaneddin oğlunun hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Egri Burhaneddin oğlunun törətdiyi əməl üzrə özünü təqsirli bilməməsi özünümüdafiə xarakter daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Egri Burhaneddin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Egri Burhaneddin oğlu haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Egri Burhaneddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. O, məhkəmə zalında həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il, saat 09:50-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1539/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1539/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver