Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1539/2024 02.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş AYAN» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 10 iyul 2024cü il tarixli, 00100-01763/24, (EP №0155541) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-1100/019/016480 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, ünvan 1 ünvanda qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı 53AAR800/53AAP673 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Mazımqara gömrük postundan keçməklə Bakı-Sumqayıt şossesi 20-ci km ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il tarixdə çatması "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Monitorinq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Bakı- Sumqayıt şossesi 20-ci km ünvanında yerləşən anbarına baxış keçirilən zaman XİF iştirakçısı tərəfindən **********4568 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin rəsmiləşdirilməsi basa çatmadan yükün boşaldılması müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4568 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş, lakin rəsmiləşdirilməsi basa çatmamış yüklərin halhazırda ünvan 3 ünvanında yerləşən Şəxs MMC-və məxsus anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin müəyyən olunması məqsədilə qeyd olunan anbara baxış keçirilməsi, baxışın nəticəsinə dair fotoşəkillər əlavə olunmaqla akt tərtib olunması və mallardan istifadə olunduğu müəyyən edildiyi halda konkret olaraq istifadə olunmuş malları adı, sayı, markalanma göstəricilərinin tərtib olunan akta əlavə olunmaqla 3-33-1100/019/016480 nömrəli araşdırma materialına əlavə etmək üçün qeyd olunan anbara baxış keçirilmiş, baxış nəticəsində mallar **********4568 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə eyniləşdirilmiş, yoxlanılmış, yoxlama zamanı malların verində və toxunulmaz olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491,3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33- 1100/019/016480 saylı xx.xx.2024-cü il tarixli raport, xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024cü il tarixli akt, **********4568 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi, nümayəndənin izahatı və “AYAN" MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı və işdə olan digər sənədlər ilə təsdiq edilir. Bununla da, Şəxs MMC tərəfindən yükün gömrük orqanının icazəsi olmadan boşaldıldığı üçün Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxs nümayəndəsi X3 hüquqi şəxs tərəfindən inzibati xətanın törədildiyini qəbul edərək barəsində ən yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrinin tərkibi vardır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlardan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı 53AAR800/53AAP673 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Mazımqara gömrük postundan keçməklə Bakı-Sumqayıt şossesi 20-ci km ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il tarixdə çatması "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Monitorinq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Bakı-Sumqayıt şossesi 20-ci km ünvanında yerləşən anbarına baxış keçirilən zaman XİF iştirakçısı tərəfindən **********4568 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin rəsmiləşdirilməsi basa çatmadan yükün boşaldılması müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4568 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş, lakin rəsmiləşdirilməsi basa çatmamış yüklərin hal-hazırda ünvan 3 ünvanında yerləşən Şəxs MMC-və məxsus anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin müəyyən olunması məqsədilə qeyd olunan anbara baxış keçirilməsi, baxışın nəticəsinə dair fotoşəkillər əlavə olunmaqla akt tərtib olunması və mallardan istifadə olunduğu müəyyən edildiyi halda konkret olaraq istifadə olunmuş malları adı, sayı, markalanma göstəricilərinin tərtib olunan akta əlavə olunmaqla 3-33-1100/019/016480 nömrəli araşdırma materialına əlavə etmək üçün qeyd olunan anbara baxış keçirilmiş, baxış nəticəsində mallar **********4568 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə eyniləşdirilmiş, yoxlanılmış, yoxlama zamanı malların verində və toxunulmaz olduğu müəyyən edilmişdir. Bu fakt 3-33-1100/019/016480 saylı xx.xx.2024-cü il tarixli raport, xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli akt, **********4568 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi, nümayəndənin izahatı və “AYAN" MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı və işdə olan digər sənədlər ilə təsdiq edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli, və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1539/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1539/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver