Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1540/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 10000-00079/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının vətəndaşı X1tərəfindən idarə edilməklə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə gətirilmiş və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna təyinat almış, hüquqi ünvanı Rusiya Federasiyası Dağıstan Respublikası, Levaşiniskiy rayonu, Kuppa kəndi, Şosseynaya küçəsi 29 olan “Xan” şirkətindən hüquqi ünvanı Sumqayıt şəhəri, Təzə Kotec ev 166 olan hüquqi şəxs – Şəxs MMC-nin ünvanına “Mercedes Benz” markalı RR900LL\GG804C dövlət nömrə nişanlı yük avtomobilində idxal olunmuş və **********5636 sorğu nömrəli 14 iyun 2023-cü il tarixli qısa idxal bəyannaməsi ilə gömrük orqanına netto çəkisi 14800 kiloqram olaraq bəyan edilmiş diri xırdabuynuzlu heyvanlar yükünə 19 iyun 2023-cü il tarixdə Abşeron rayonunun Məhəmmədi kəndi ərazisində yerləşən heyvan bazarında keçirilmiş baxış zamanı, “Mercedes Benz” markalı RR900LL\GG804C dövlət nömrə nişanlı yük avtomobilində daşınan “diri xırdabuynuzlu heyvanlar” yükünün netto çəkisinin 240 kiloqram artıq, yəni 15040 kiloqram olduğu, yükün artıq olduğu müəyyən edilmiş hissəsinin dəyərinin 1680 manat təşkil etdiyi və yükün çəkisinin gömrük orqanlarına düzgün bəyan edilməməsinin gömrük ödənişlərinin məbləğinin azalmasına səbəb olduğu müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 10000- 00079/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əməliyyat İdarəsinin rəisi, gömrük xidməti polkovniki Hikmət Bəhrəmov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC təərfindən Azərbaycan Respublikasında idxal edilən “diri xırda və iri buynuzlu heyvanlar” yüklərinin düzgün bəyan edilməməsi, həmçinin mal müşayiət sənədlərində, o cümlədən gömrük bəyannaməsində təyinat gömrük orqanı qismində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu qeyd olunsa da “heyvan” yüklərinin faktiki olaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif heyvan bazarlarında boşaldılaraq təyinat gömrük orqanına çatdırılmaması faktına dair Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə məlumat daxil olmuşdur. Həyata keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində RR900LL/GG804C nömrə nişanlı yük nəqliyyat vasitəsinin təyinat gömrük orqanı “Qırmızı Körpü” Gömrük Postuna getmədiyi, nəqliyyat vasitəsinin Abşeron rayonu, Məhəmmədi kənd ərazisində fəaliyyət göstərən mal bazarına getməsi müəyyən edilmişdir. Nəqliyyat vasitəsi yaradılmış əməliyyat qurupu tərəfindən 19 iyun 2023-cü il tarixində səhər saatlarında Abşeron rayonu, Məhəmmədi kənd ərazsində fəaliyyət göstərən mal bazarında saxlanılmış, qanunvericiliyin tələblərinə riayət edilməklə yük nəqliyyat vasitəsinə baxış keçirilmiş və müvafiq protokol tərtib edilmiş, baxış zamanı “Mercedes Benz” markalı RR900LL/GG804C nömrə nişanlı yük nəqliyyat vasitəsində daşınan xırdabuynuzlu heyvanlar boşaldılaraq sayılmış, 13 iyun 2023-cü il tarixli 43 nömrəli invoys sənədi, 431306 nömrəli beynəlxalq yol-nəqliyyat qaiməsi (CMR) və **********5636 sorğu nömrəli qısa idxal bəyannaməsinə əsasən aparılan yoxlama zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən idxal olunmuş “diri xırda buynuzlu heyvanlar” 415 ədəd bəyan edildiyi halda faktiki olaraq 510 ədəd sayda, cinsiyyətləri erkək, cinsləri qaragül Qazaxıstan Respublikasına mənsub olan yerli quyruqlu qoyun, merinos və qarışıq cinslərdən olan qoyunlar olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏdliyyəNazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/5054 nömrəli 12 iyul 2023-cü il tarixli rəydən görünür ki, ümumilikdə 15040 kiloqram çəkidə olan xırdabuynuzlu heyvanların diri çəkisi nəzərə alınmaqla ümumilikdə xx.xx.2023-cü il tarixə respublikadaxili orta bazar qiyməti təxminən 106967,00 manat müəyyən edilir. Yükün düzgün bəyan olunmayan 240 kiloqram çəkidə olan hissəsinin respublikadaxili orta bazar qiyməti 1680 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə rədd edilmiş, ünvan 3 ünvanda qeydiyyatda olan hüquqi şəxs- Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixli **********301 nömrəli gömrük bəyannaməsindən görünür ki, Rusiya Federasiyası Dağıstan Respublikası, Levaşiniskiy rayonu, Kuppa kəndi, Şosseynaya küçəsi 29-da fəaliyyət göstərən “OOO XAN” şirkətindən 415 baş diri xırda buynuzlu heyvanlar kəsim üçün göndərilmişdir. Tovuz Gömrük İdarəsinin 3-33-2000/2-000546/2023 nömrəli 15 iyul 2023-cü il tarixli məktubundan görünür ki, diri xırdabuynuzlu heyvan yükünün netto çəkisinin 240 kiloqram artıq, yəni 15040 kiloqram təşkil etməsi, yükün çəkisinin gömrük orqanlarına düzgün bəyan edilməməsi gömrük ödənişlərinin məbləğinin azalmasına səbəb olur. 15040 kiloqram bəyan olunduğu halda yükün gömrük dəyəri 46022,4 AZN, X5 8284.03 AZN təşkil edir. Cəmi gömrük ödənişləri 8559,43 AZN təşkil edir. Düzgün bəyan olunmayan respublikadaxili orta bazar qiyməti 1680 manat təşkil edən 240 kiloqram çəidə diri xırdabuynuzlu heyvan yükünün gömrük dəyəri 734,4 AZN, ödənilməli olan gömrük ödənişlərinin məbləği 132,2 AZN təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin yəni, 1680 manatın 30 faizi – 504 (beş yüz dörd) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1540/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1540/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver