Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1540/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Abşeron Rayon Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X3 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Abşeron Rayon Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X7 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasına yaxınlaşaraq əldə etmişdir. Qanunla müəyyən edilmiş müddəti ötürmədən şikayətini məhkəməyə ünvanlamışdır. Lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Həmin həmin tarixdə qərarı almamışdır. Ona qarşı çox haqsızlıq olunub, kobud şəkildə hüquqların pozulmuş, qəzanı törədən şəxs İran İslam Respublikasının vətəndaşı olduğu üçün onun sözünü dedilər, onun göstərdiyi sübutlara baxan olmadı. Ona görə də o kobud şəkildə pozulan hüquqlarını qanunla tələb edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixində saat 08:29 radələrində Mehdiabad ərazisində Yanardağ yoluna dönmədən işıqforun qırmızı işığında ona məxsus ** OE *** Megan reno avtomobil, digər İran İslam Respublikasına aid DİMA ** AB *** böyük kontayner daşıyan avtomobil ilə qəza hadisəsi olub, yolun sağ hissəsi ilə irəliləyərkən işıqforun qırmızı işığı yandı, məcburən dayandı, yolun sol hissəsində dayanan yola dönmək istərkən ona məxsus avtomobilə sol arxa qapıya xəsarət vurub. 102 xidmətinə müraciət etdi və hadisə yerində qəzanın şəkli çəkildi. Yol polisi yaxınlaşdı, yolu tərk etmələrini əmr etdi, sənətlərini alıb onları DYP-yə dəvət etdi, hadisə yerində araşdırılma aparılmadı. xx.xx.2025-ci il tarixində DYP-yə getdi, digər tərəf də ona məlum olmayan əlavə şəxslə gəldi. Səhərisi gün xx.xx.2025-ci il tarixində yol polisi yaxınlaşdı, araşdırmadan onu cəzalandırdılar. Ona yazılan tənbeh etmə TP ******* protokolu hadisə yerinə aid deyil, yəni Mehdiabad deyil, Digah kənd ərazisində qeydə alınıb. Protokoldan tam narazıdır və araşdırılmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X7 məhkəmə iclasında barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əldə edilməsi ilə bağlı səlahiyyətli orqanlara müraciət etməsini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən X4 müraciəti ilə bağlı cavab məktubu xx.xx.2025-ci il tarixində göndərilməsinə baxmayaraq X1 Rayon Məhkəməsinə ilk dəfə qərardan şikayət üçün xx.xx.2025-ci il tarixində müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə müddətin bərpası barədə vəsatəti iş materiallarına əlavə etmədiyi üçün qərardan verdiyi şikayət geri qaytarılmışdır. Sonradan isə xx.xx.2025-ci il tarixində məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, X7 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Abşeron Rayon Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X7 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 barəsində Abşeron Rayon Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(012)-1540/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1540/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver