Məhkəmə qərarları › İş №3(012)-1543/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1543/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1543/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 və Zəngilan rayon X8 Yol PB-nin yol patrul inspektoru, polis baş serjantı X1 iştirakı ilə, X2 Zəngilan rayonu polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, şikayətdə qeyd olunanları düzgün qiymətləndirməklə 44 günlük İİ Qarabağ müharibəsinin veteranı olduğunu nəzərə alaraq ona yazılmış protokola xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:15 radələrində idarə etdiyi Hyundai markalı 77RA971 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayon Masazır kəndində “A plus” super marketin qarşısında dayanacağa tam daxil olmadan səkinin bardürünə və yola paralel olaraq saxlayıb yenidən yola davam edəndə (təxminən 200-300 metrdən sonra) yol polisi onu saxladı. O, ona marketin qarşısında “Giriş qadağandır” yol nişanının tələbini pozduğunu bildirdi. O isə bildirdi ki, onun avtomobili idarə etdiyi istiqamətdə qarşısına belə bir yol nişanı çıxmayıb və o, bunu görməmişdir. Sonradan bildi ki, yol polisi (99YP653) dediklərinə məhəl qoymayaraq ona İXM-nin 327.2 maddəsinə əsasən İXP6371595 nömrəli qərarsız inzibati protokol tərtib etmiş və TP6593292 nömrəli qərarla 80 manat cərimə edilmək üçün qərar çıxarılmışdır. Həmin yerə yaxın təhlükəsizlik kameralarına baxıb görmək olar ki, o, avtomobil idarə etdiyi istiqamətdə yol nişanın tələbini pozmamışdır. Əgər marketin qarşısında quraşdırılmış 3.1 yol nişanına əsasən cərimə olunmuşdursa, bu hərəkət istiqamətinə təsir edə biləcək istiqamətdə quraşdırılmamışdır. Ümumiyyətlə 3.1 yol nişanın həmin avtodayanacağın yola çıxışına qoyulması bu nişanın mahiyyətinə uyğun deyildir. Yol nişanı onun hərəkət istiqamətinə 90 dərəcə deyil, 180 dərəcə bucaqda quraşdırılıbsa və o, həmin yol nişanın yalnız profildən görə bilərsə, nəyə görə cərimə yazılmalıdır? Axı sürücü onun qarşısına üzbə-üz quraşdırılmış yol nişanın tələbini pozarsa cərimə olunmalıdır. Görəsən ona cərimə yazmış Zəngilan RPŞ-nin yol polisinin orada xidmət aparması və supermarketin dayanacağında reklam lövhəsinin arxasında görünməyən həmin yol nişanının quraşdırılması qanunidirmi? İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zəngilan rayon X8 Yol PB-nin yol patrul inspektoru, polis baş serjantı X3, şikayətin təmin edilməməsi xahiş etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi.Təqdim ediyi hadisə yerinin videogörüntüsünü nümayiş etdirdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Zəngilan rayonu polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi “HYUNDAİ AVANTE” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Abşeron, Əliağa Vahid (Masazır) 47 ünvanında idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini qaydalarının pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; Protokol tərtib edən tərəfindən təqdim edilmiş hadisənin videogörüntüsünü əks etdirən diskə baxış zamanı X4 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarın ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapır. Ona görə də, X4 barəsində Zəngilan rayonu polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Zəngilan rayonu polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar