Məhkəmə qərarları › İş №3(012)-1544/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1544/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1544/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, barəsində inzibati xətahaqqında icraat aparılan şəxs Şəxs Nizam oğlunun, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin sahə rəisi, polis leytnantı X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Nizam oğlunun barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-cimaddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Nizam oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-cimaddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin sahə rəisi, polis leytnantı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs Nizam oğlu xx.xx.2020-ci il tarixdə saat 22:45 radələrində ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə bağlı qaydaları pozmuş, nəticədə Şəxs Nizam oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin sahə rəisi, polis leytnantı X2 tərəfindən tərtib edilmiş protokola əsasən xx.xx.2020-ci il tarixdə saat 22:45 radələrində komendant rejimi ilə əlaqədar olaraq bir nəfər Şəxs Nizam oğlu adlı şəxs ölkədə tətbiq edilmiş hərbi rejim qaydalarını pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin517-2.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs Nizam oğlu inzibati xəta törətməsini qəbul edərək izahatında bildirdi ki, ölkədə tətbiq edilmiş hərbi rejim qaydalarını pozduğuna görə əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Nizam oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin517-2.1-ci maddəsi ilə düzgün tövsifolunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-cı maddəsinə əsasənXüsusi icazə vərəqəsi və (və ya) єəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi” haqqında fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Milli Məclisi ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatının tətbiq edilməsini qərara almışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs Nizam r oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs Nizam oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Nizam oğlunun ölkədə tətbiq edimiş hərbi rejim qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs Nizam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar